Təşkilat sədri saxlanılıb, səbəb bəlli deyil
Şirvan şəhər təşkilatının sədri Əlikram Xurşudov noyabrın 22-də axşam saatlarında şəhər polisi tərəfindən saxlanılıb. Bu haqda Müsavat Partiyasından bildiriblər.
Məlumatda deyilir ki, Ə.Xurşudovun saxlanma səbəbi məlum deyil və bu barədə şəhər polisinə müraciət etsələr də hər hansı açıqlama verilməyib.
Təşkilatın sədri noyabrın 23-də məhkəməyə aparılmalı olsa da indiyədək aparılmayıb.
Partiyadan deyiblər ki, Ə.Xurşudov bu günlərdə Facebook səhifəsində Şirvan şəhərində vətəndaşların inzibati üsullarla YAP-a üzv yazdırılması haqda status paylaşıb və ehtimal edilir ki, təşkilat sədri paylaşdığı xəbərə görə saxlanıla bilər.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək