SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Xanım jurnalistdən generala AÇIQ MƏKTUB - ''Vilayət müəllim, sizə məktubu yazmaqda məqsədim...''

Xanım jurnalistdən generala AÇIQ MƏKTUB - ''Vilayət müəllim, sizə məktubu yazmaqda məqsədim...''

Tarix:

10-11-2017, 15:13

/ 93 227 dəfə oxundu.
Xanım jurnalistdən generala AÇIQ MƏKTUB - ''Vilayət müəllim, sizə məktubu yazmaqda məqsədim...''

Dələduz tərəfindən aldadılan ANS və Space TV-nin keçmiş əməkdaşı, aparıcı Tünzalə Rafiqqızı başına gələnlərlə bağlı polisə müraciət etsə də, heç bir nəticə əldə etməyib.
Polisin heç bir tədbir görülmədiyinə görə T.Rafiqqiızı çıxış yolunu Daxili İşlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazova açıq məktub yazmaqda görüb.

Həmin məktubu sizə təqdim edirik:

"Çox hörmətli Vilayət müəllim. Bu məktubu sizə yazdığım zaman nə qədər əziyyət çəkdiyimi (mənəvi, maddi) kaş biləydiniz. Bir qadın, ana olaraq hüquqlarım sözün hər mənasında tapdalanıb. Polis bölməsinə və idarələrə gedib verdiyim şikayətlərə isə baxılmır.
Bakıda dələduz şəbəkəsi açan və bu vaxta qədər eyni əməllə məşğul olan bir şəxs tərəfindən aldadılmışam. Özunü müxtəlif yerlərin, dövlət orqanlarının məsul işçisi kimi tanidan Atəş Məhərrəmov üç aydır məndən dələduzluq yolu ilə 600 manat alıb və aldadıb. Özünü Daxili İşlər Nazirliyinin cinayət axtarış şöbəsinin əməkdaşı kimi təqdim edən bu şəxs, güya Asan Xidmətdə DİN- i təmsil etdiyini deyərək mənim 25 sentyabrda facebookda yazdığım rentecarla bağlı elanımı görən kimi dərhal mənə mesaj yazdı.
600 manat müqabilində ofislərinə gədib müqavilə bağladıqdan sonra maşını götürə biləcəyimi dedi. Gedib görüşdüm, pulu verdim. Vacib işinin olduğunu deyərək, mənə sabah görüşməyi təklif etdi. Bundan sonra telefonlarıma cavab vermədi.
Bir müddətdən sonra dövlət tədbirlərinə başı qarışdığını, daha sonra isə borca düşdüyündən işə gedə bilmədiyini dedi. Daha sonra öyrəndim ki, Atəş Məhərrəmov adlı şəxs Asan Xidmətdə işləmir və DİN -i təmsil edənlər arasında onun adı yoxdur. Bundan sonra aldandığımı bildim və polisə müraciət etdim. Atəş kimi dələduzdan çəkdiyim az imiş artıq bir neçə aydır mən hüquq mühafizə orqanlarının əməkdaşlarının süründürməçiliyindən narahatam. Himayəmdə olan 10 yaşlı qızımla azı 4 dəfə Suraxanı rayon 30-cu PB-də olmuşam. Rəis, rəis müavini sözün əsil mənasında məni dolayıblar. "Narahat olmayın , düzələcək xanım "sözlərini təkrar- təkrar eşitməkdən mən yorulsam da onlar deyəsən bundan heç narahat deyillər. Polisə yuxarıda adı hallanan şəxsin telefon nömrəsini də vermişəm. Heç bir tədbir görülmür. Suraxanı rayon polis idarəsində də olmuşam. Şəxsən rəis müavini Cavanşir müəllimin qəbulunda oldum. Məni dinlədikdən sonra "darixmayın" sözünü o da dedi. Qeyd edim ki, bu barədə DİN -nin 102 zəng mərkəzinə də zəng etmişəm. Onlar bölməyə tapşırsalar da heç bir nəticə yoxdur.
Hörmətli Vilayət müəllim sizə məktubu yazmaqda məqsədim artıq heç də 600 manatımın geri qayıtması deyil. Polis bölmə və idarələrinə getdikdən sonra bu işin düzələcəyinə ümüdim tam azaldı. Bu pul qayıdarsa mən onu uşaq evlərinin birinə də köçürə bilərəm. Baxmayaraq himayəmdə bir azyaşlı övladım var. Məni sadəcə narahat edən Atəş Məhərrəmov kimi dələduzların əməllərindən əziyyət çəkən növbəti qadın qurbanların taleyidir. Sizə isə hər kəs yazmayacaq. Bəziləri utanacaq, bəziləri aldandığını bilib pulundan əl çəkəcək. Atəş kimilər isə polis adına ləkə gətirərək insanları yenidən aldadacaqlar. Bundan əziyyət çəkən isə cəmiyyət olur".

Criminal.az

Şərhlər

XƏBƏR LENTİ