XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Nazir müşaviri MTN-də dindirilib

Nazir müşaviri MTN-də dindirilib

Nazir müşaviri MTN-də dindirilib
6-11-2017, 11:32

Vergilər Nazirliyinin Büdcə proqnozlarının icrası üzrə müşavir Habil Məmmədovla bağlı ilginc məqamlar ortaya çıxıb.

Unikal.org-a daxil olan məlumata görə, H.Məmmədovun adı "MTN işi”ndə keçib. Belə ki, o, Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin rəisi vəzifəsində çalışarkən MTN-ə aparılıb və orada sorğu-sual olunub. Lakin onun düşdüyü ağır durumdan çıxması üçün dostu, MTN-nin Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Füzuli Əliyev dəstək olub.

Verilən xəbərdə o da bildirilir ki, Füzuli Əliyevlə Habil Məmmədov yaxın dost olublar və bu dostluğun möhkəmlənməsində Nəsimi Cəfərov və Ülviyyə adlı xanımın da böyük rolu olub.

Qeyd edək ki, məlum olaydan sonra Habil Məmmədov vəzifəsindən çıxarılır və bir müddət sonra vergilər nazirliyində daha da yüksək posta gətirilir.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.