XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » GİLAN HOLDİNQDƏ MƏMUR ÖVLADI ÖZBAŞINALIĞI -ŞİKAYƏT

GİLAN HOLDİNQDƏ MƏMUR ÖVLADI ÖZBAŞINALIĞI -ŞİKAYƏT

GİLAN HOLDİNQDƏ MƏMUR ÖVLADI ÖZBAŞINALIĞI -ŞİKAYƏT
6-11-2017, 10:33

Sizə hazırda ölkənin ən qabaqcıl sənayə müəssisələrinin bir vaxtlar müstəqil fəaliyyət göstərib daha sonra Gilan Sənaye Qrupunu altında birləşdikdən sonra düşdüyü vəziyyət və şirkətləri o vəziyyətə gəlməsində birbaşa məsuliyyət daşıyan Gilan Sənaye Qrupunun rəhbəri Emin Mirzəyev haqqına məlumat vermək istəyirəm.
Özünü Baş Nazir Artur Rəsizadənin bacısı nəvəsi kimi təqdim edən E.Mirzəyev vəzifəsindən və nəzarətsizlikdən sui istifadə edərək ölkə iqtisadiyyatına ciddi ziyan vurmaqda davam edir. Hazırda Emin Mirzəyevin Gilan Sənaye Qrupunda özbaşnalığı və bacarıqsız siyasəti nəticəsində 3000-ə yaxın insanın çalışdığı şirkətlər qrupunun acınacaqlı vəziyyətə gəlmişdir.
Qupa daxil olan 35 şirkətdən yalnız 3 firma hazırda mənfəətlə çalışır, digərləri ya zərərlə işləyir ya da ki ümumiyyətlə fəaliyyət göstərmir. Mənfəətlə çalışan firmalardan biri Gilan Seramik artıq 3 aya yaxındır ki, çalışmır və nə vaxt fəaliyyətini bərpa edəcəyi məlum deyil. Digər bariz nümunə olaraq AZMDF firmasını göstərmək olar, çiçəklənən bir firma Emin Mirzəyevin idarəçiliyi altında 7 ay sonra bütovlüklə talandı və hazırda qapısı bağlıdır. Eyni misalı hazırda acınacaqlı vəziyyətda olan Gilan Plastik, Gilan Pacific, Gilan Lift və fəaliyyətini dayandıran Gilan Dəri və Gilan Biyan kimi
şirkətlərini göstərmək olar. Maraqlısı odur ki, adları çəkilən bütün firmalar Emin Mirzəyevin rəhbərliyinə keçməzdən öncə uğurla fəaliyyət göstərirdilər.
Ölkə iqtisadiyyatında mühüm rol oynayan firmaların bu hala gəlib çatmasında birbaşa rolu olan E. Mirzəyevin rəhbərlik etdiyi struktur və onun idarə heyəti qohum və yerlilərdən formalaşıb:
Yüngül Sənaye portfelinin direktoru – Mehman Mehdiyev – Emin müəllimin bacısının əridir (bu qrupda heç bir şirkət fəaliyyət
göstərmir.
Qrupun Nəqliyyat və Logistika Departamentinin Direktoru – Fərman Əlizadə - Emin müəllimin digər bacısının əridir
Qrupun Gömrük işləri üzrə rəhbəri – Rüfət Mirzəyev –Emin Mirzəyevin əmisi ogludur.
Emin müəllimin müavinləri və qrupun maliyyə, satış, satınalma və
ümumi idarəetmə şirkəti bütövlüklə qohum və “yerli” prinsipi ilə formalaşıb.

Hazırda Gilan Sənaye qrupuna aşağıdakı şirkətlər aiddir:

Gilan Biyan
Gilan Plastik
Gilan Dəri
Gilan Tekstil Park
Bakı toxuculuq
Qala trikotaj
Gilan Seramik
GILAN & Knauf
Ağcakənd Gips Daş Karxanası
Zığ beton zavodu
Yasamal beton zavodu
Qəbələ beton zavodu və çınqıl karxanası
Lənkəran beton zavodu və çınqıl karxanası
Zaqatala beton zavodu və çınqıl karxanası
Ağdaş beton zavodu
AzTikintiyol
AzTexnika
AzTransport - A
AZMDF
AzSole
Qaradağ Kərpic Zavodu
Pacific ("GİLAN - TN")
Gilan Lift
Yevlax asfalt zavodu
Tər-tər çınqıl karxanası
Qazax asfalt zavodu
Qazax kalsid yatağı
Qəbələ Kərpic zavodu
Qobustan Asfalt zavodu
Lənkaran Asfalt zavodu

xalqxeber.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.