SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Bundan sonra “like”, “zaryatka”, “adapter” deməyin...

Bundan sonra “like”, “zaryatka”, “adapter” deməyin...

Tarix:

26-10-2017, 12:53

/ 114 250 dəfə oxundu.
Bundan sonra “like”, “zaryatka”, “adapter” deməyin...

Bəzi alınma sözlərin Azərbaycan dilində qarşılığı müəyyənləşdirilərək Nazirlər Kabineti yanında Terminologiya Komissiyasında təsdiqlənib.

Bu barədə Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova məlumat verib.

O, Azərbaycanda dilində qarşılığı müəyyənləşdirilmiş bəzi sözlərin siyahısını açıqlayıb: ““Zaryadka” - “yükləmə”, “adapter” – “yükləyici”, “embarqo” - “qadağa”, “evakuasiya” - “köçürülmə”, “proqnoz” – “öncəgörmə”, “konsensus” – “yekdillik”, “kserokopiya” – “üzçıxarma”, “like” - “bəyənmə”, “mesaj” – “ismarıc” kimi təsdiqlənib”.

Bu sözlərin mətbuat orqanlarında Komissiya tərəfindən təsdiqlənmiş formada istifadə edilməsinin vacibliyini vurğulayan S. Sadıqova qeyd edib ki, kompyuter “mouse”-nun qarşılığı kimi “bələdçi” sözündən istifadə olunması təklif edilir.

Şərhlər

XƏBƏR LENTİ