SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Cənab prezident, Sumqayıtda prokuror köməkçisi cinayət işinin açılmasına maneçilik törədir- MÜRACİƏT

Cənab prezident, Sumqayıtda prokuror köməkçisi cinayət işinin açılmasına maneçilik törədir- MÜRACİƏT

Tarix:

24-10-2017, 09:34

/ 59 783 dəfə oxundu.
Cənab prezident, Sumqayıtda prokuror köməkçisi cinayət işinin açılmasına maneçilik törədir- MÜRACİƏT

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə,

Sürəti: Ədliyyə Naziri cənab Fikrət Məmmədova,

Sürəti: Baş Prokuror cənab Zakir Qaralova,

Dosye.org informasiya agentliyinin baş direktoru Elman Qənbərov tərəfindən


MÜRACİƏT

Cənab prezident !

Müraciətimi Ulu Öndər Heydər Əliyevin kəlamı ilə başlamaq istəyirəm. "Kiməsə qarşı ədalətsizlik edilibsə, bu ədalətsizliyin qarşısını ədalətlə almaq lazımdır. Amma ədalətsizliyə qarşı daha böyük bir cinayət törətmək, ədalətsizlikdən də betərdir." Bəli, bu gün cəmiyyətimizdə firavanlıq Azərbaycan polisinin danılmaz əməyi nəticəsində həyata keçirilir. Bütün bunları nəzərə alıb başıma gələn hadisə ilə bağlı Daxili İşlər Naziri cənab Ramil Usubova müraciət etdim. Qısa zaman ərzidə polislərin fədakarlığı öz bəhrəsini verdi. Beləliklə, Sumqayıt şəhəri "Divan" restoranın həyətindən masanın üzərindən mənə məxsus içərisində 1200 manat pul, şəxsiyət vəsiqəsi, kapital banka aid pensiya kartı və digər kartları olan pul kisəsini gizli yolla oğurlayanların birini saxlayaraq cinayət məsuliyyətinə cəlb edildi. Saxlanılan Samir adlı şəxs ilkin ifadəsindədə göstərmişdir ki, hadisə baş verən günü sərxoş olub. Əslində, cəmiyyətə yararsız şəxslər daha çox bu üsüldan istifadə etməklə özlərini müdafiər edirlər.

Cənab prezident !

Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə başlanılmış 170730349 nömürəli cinayət işi üzrə mən, yəni Qənbərov Elman Şahüseyn oğlu zərərçəkmiş şəxs qismində tanınması barədə qərar qəbul edilib. Lakin bəzi araşdırmalarım olduqca maraqlı faktları ortaya qoydu. Belə ki, saxlanılan Samir adlı şəxsin yaxın qohumu Feyzulla müəllim Sumqayıt şəhər prokurorluğun köməkçisi vəzifəsində çalışır. Məhz bu amil cinayət işinin açılmasına kölgə salır. Təbii ki, qanun heç bir halda qohumluq əlaqələrini nəzərə almır. Etiraf edək ki, Azərbaycan cəmiyyəti polis və prokuror orqanlarında xidmət edən bütün əməkdaşlara güvənib və etibar edir.

Cənab prezident !

Azərbaycan cəmiyyətinin yaşadığı sivil dövlətdə bu cür xoşagəlməz olaylar bir vətəndaş kimi məni sarsıdır. Hər zaman dövlətə və dövlətçiliyə xidmət etmişəm. Üzərimə düşən vətəndaşlıq borcumu ləyaqətlə həyata keçirməyə çalışmışam. Tam əminliklə söyləyə bilərəm, bu gün Azərbaycan dövləti bütün sahələrdə vətəndaşların hüquqlarının qorunmasına ən yüksək səviyyədə təminat verir. Lakin, təəssüflər olsun ki, bir çox məmurlar öz vəzifə səlahiyyətlərindən istifadə edərək bəzən qanunları tapdalamaqdan belə çəkinmirlər. Bu isə öz növbəsində vətəndaşların hüquqlarının pozulması ilə müşayiət olunur.

Cənab prezident !

"Mən hər bir Azərbaycanlının prezidentiyəm" qızıl kəlamınız məni sizlərə üz tutmağa vadar etdi. Baş verən hadisə ilə bağlı Sumqayıt ŞPİ-də cinayət işi açılıb və digərlərin saxlanılması istiqamətində işlər görülür. İnanıram ki, polis əməkdaşları hər zaman olduğu kimi bu dəfə də lazımı addımlar atacaq. Buna qətiyyən şübhəm yoxdur. Amma məni düşündürən isə prokuror köməkçisi Feyzulla müəllimin mudafiə taktikasıdır. Belə bir orqanda xidmər edən şəxs düşünməlidir ki, qanun şahdır, şah qanun deyil və bütün hallarda hər bir şəxs qanun qarşısında bərabərhüquqludur. Digər tərəfdən inana bilməzdim ki, prokuror orqanlarında xidmət edən arzuolunmaz şəxslərdə var. İnanıram ki, müraciətim nəzərə alınacaq və aidiyyəti üzrə ünvanlanacaq. Əvvəlcədən təşəkkürümü bildirirəm.

Şərhlər

XƏBƏR LENTİ