İki nazirin çamadan havası: Heydər Əsədovla Ramin Quluzadə prezidenti məyus etdi
Prezident İlham Əliyevin ümidlərini doğrultmayan nazirlərdən ikisi də - Heydər Əsədovla Ramin Quluzadədir. Kənd təsərrüfatı naziri ilə rabitə və yüksək texnologiyalar naziri bu postlarda uzun müddət olmasalar da, heç bir islahatla diqqət çəkməyiblər.
Verilən məlumata görə, ölkə rəhbərliyi hər iki nazirin fəaliyyətsizliyindən narazıdır. Nəqliyyat naziri Ziya Məmmədovun qudası olan Heydər Əsədov aqrar sektorda gözləntiləri yerə vurub və sələfi İsmət Abbasovdan fərqlənməyib.
Əli Abbasovun gedişindən sonra isə onu yerinə gələn Ramin Quluzadə əhalinin əleyhinə qərarlar verməkdən başqa heç nə ilə yadda qalmayıb. Yeni təyinatların uğursuzluğu onların əvəzlənməsini gündəmə gətirib.
Prezident islahatçı və xalqın mənafeyinə xidmət edən məmurları postlarda saxlamaq, çevik idarəetmə mexanizmi qurmaq, komandanı gücləndirmək planlarını hədəfləyib. R.Quluzadə və H.Əsədov isə rəhbər olduqları sahələri məhv ediblər.
Nazir başı subsidiyaların verilməsində, texnikanın paylanmasında mənimsəmələrə, korrupsiya əməliyyatlarına qarışıb. Halbuki, taxılçılıq, pambıqçılıq, bitkiçilik və tərəvəzçiliyin inkişafına ciddi dəstək lazımdır.
Fermerlər, kəndlilər sual edirlər ki, gömrükdə yeni tariflər müəyyən olunsa da, yerli məhsula tələbatı artırmaq mümkündür.
Verilən məlumata görə, H.Əsədovun istefaya getməsi son dərəcə realdır. R.Quluzadəyə gəlincə, yeni nazir əyalət insanlarının başına oyun açır, sakinlər rabitənin bütün sahələrinin göstərdiyi xidmətdən əziyyət çəkir.
Yeni nazirin köhnə kadrların əksəriyyəti ilə vidalaşıb, öz komandasını “yad kadrlar”dan formalaşdırmaq istəyi, nazirlikdə birmənalı qarşılanmayıb.
Ramin Quluzadənin bu vəzifəyə təyin olunmasından sonra isə RYTN-də və bütövlükdə İKT sektorunda yeni era başlayıb.
Nazirin təyinatından sonra nazirlikdə ciddi islahatların başlanması haqqında rəsmi açıqlamalar verilib. Amma bu məsələnin rəsmi tərəfidir.
Müşahidələr hətta onu göstərir ki, bəzi sahələrdə, xüsusilə də elektron hökumət quruculuğu, uğurlu və böyük İKT layihələrin icrası və internet xidmətləri sahəsində durğunluq və geriləmə var. Hər iki nazirin vəzifəsində müvəqqəti olduğu görünür.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...