SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Zakir Fərəcov dərhal bu addımı atıb... - Tədbir

Zakir Fərəcov dərhal bu addımı atıb... - Tədbir

Tarix:

6-02-2017, 10:02

/ 2 033 dəfə oxundu.
Zakir Fərəcov dərhal bu addımı atıb... - Tədbir

Hər dəfə Bakıya qar yağanda ciddi problemlər yaranır. Yol, nəqliyyat infrastrukturu, demək olar, iflic vəziyyətə düşür. İki santimetr qar bəs edir ki, paytaxt yolları buz bağlasın. Sonuncu qar isə bir qədər çox yağmışdı. Amma o cür qarlı havada da yollarda müəyyən işlər görmək mümkündür. Son illər xeyli texnika alınıb ki, həmin maşın-mexanizmlərin köməyi ilə problemi aradan qaldırmaq mümkündür.

Təəssüf ki, hər dəfə olduğu kimi, bu dəfə də eyni mənzərə ilə qarşılaşdıq - yolların buzu, səkilərin qarı müvafiq qurumlar tərəfindən təmizlənmədi. Həmişəki kimi təbiətin yaratdığı problemi elə təbiət özü aradan qaldırdı. Belə ki, yağan qarı Günəş şüaları, havanın artan temperaturu əritdi.

Bu il qar yağanda bir başqa şəhərdə tamam ayrı bir mənzərənin də şahidi olduq. Belə ki, Sumqayıt qarlı günlərdən üzüağ çıxdı. Oxucularımızdan biri Sumqayıtın mərkəzi küçələrindən çəkdiyi fotoları elektron ünvanımıza göndərib. Fotolardan da görünür ki, şəhərin mərkəzi küçələrində təmizlik işlərinə elə qar dayandıqdan sonra başlanılıb. Oxucu qeyd edib ki, yağan güclü qar Bakıdan fərqli olaraq Sumqayıtda nəqliyyatın və piyadaların hərəkətində hər hansı problemlər yaratmayıb. Bunun əsas səbəbi odur ki, qarlı hava şəraitini nəzərə alaraq Sumqayıtın mərkəzi küçəsində xüsusi qərargah yaradılıb. Qarın yollarda yaratdığı problemi nəzərə alaraq duz və qum tədarük edilib.

Musavat.com-un əməkdaşı Sumqayıt Şəhər İcra Hakimiyyəti (ŞİH) ilə əlaqə saxlayıb, görülən işlərlə bağlı bəzi suallar ünvanlayıb. Sumqayıt ŞİH-nin sözçüsü Eyvaz Qocayev bildirib ki, icra başçısı Zakir Fərəcovun göstərişi ilə qarın təmizlənməsi prosesinə ciddi diqqət ayrılıb: “Əvvəla, Sumqayıt şəhərində qışa hazırlıq işləri yalnız qış aylarında deyil, il ərzində aparılır. Sumqayıt şəhərində qarlı-şaxtalı havada yollarda və ya digər ərazilərdə, eləcə də hava şəraiti ilə əlaqədar yarana biləcək problemlərin vaxtında və çevik şəkildə aradan qaldırılması üçün şəhər rəhbərliyi tərəfindən xüsusi qərargah yaradılıb. İcra hakimiyyəti aparatının əməkdaşlarının və aidiyyəti qurumların rəhbərlərinin iştirakı ilə dəfələrlə qışa hazırlıq tədbirləri aparılıb. Öncədən xüsusi texnikalara baxış keçirilib, qışa hazırlıq işləri yüksək səviyyədə görülüb. Qış mövsümündə hərəkəti fasiləsiz və təhlükəsiz təmin etmək məqsədi ilə öncədən qum və duz ehtiyatı da tədarük edildi.

Yağıntının başladığı andan etibarən Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq fəaliyyətə başlanılıb. Şaxtalı havada yolların qardan təmizlənərək nəzarətə götürülməsi üçün icra hakimiyyəti və digər qurumların nümayəndələri müxtəlif ərazilərə təhkim olunmuş, iş bölgüsü aparılıb. Şəhər ərazisində avtomobil yollarının, prospekt və küçələrin, məhəllədaxili yolların, qardan təmizlənməsi, hərəkətin fasiləsiz və təhlükəsiz təmin edilməsi məqsədi ilə kifayət qədər işçi qüvvəsi, texnika, nəqliyyat vasitələri qarın təmizlənməsi prosesinə cəlb olunub. Bunun nəticəsində Sumqayıt şəhərində istər avtomobil yollarında, istərsə də piyadaların hərəkətində problem yaranmayıb”.

E.Qocayev onu da bildirib ki, qar vaxtında təmizləndiyi üçün nəqliyyatın hərəkətinə heç bir mane yaranmayıb: “Operativ və çevik reaksiya nəticəsində qısa müddət ərzində yollar qardan təmizləndi. Görülmüş işlər nəticəsində sərnişindaşıma ilə məşğul olan avtobusların intervalında gecikmələr müşahidə olunmadı. Şəhər ərazisində kommunal məsələlərlə bağlı yaranan kiçik problemlər də operativ şəkildə aidiyyəti qurumlar tərəfindən aradan qaldırıldı”.

Şərhlər

XƏBƏR LENTİ