“Rauf Qurbanovun 26-larla qohumluq əlaqələri var” — deputat partiya sədrini “TOPA TUTDU”
Milli Məclisin deputatı Çingiz Qənizadə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin (AKP MK) sədri Rauf Qurbanovun 26 Bakı Komissarı haqqında söylədiyi fikirlərə münasibət bildirib.
Ç.Qənizadə açıqlamasında deyib ki, Rauf Qurbanov öz fikirlərində ciddi səhvə yol verir:
“Mən Rauf Qurbanovun hərəkətlərini və açıqlamalarını izləyirəm. Onu qınamıram. Görünür, Rauf Qurbanov öz babalarından danışır. Yəni, onun 26 Bakı Komissarı ilə genetik qohumluq əlaqələri var”.
Deputat qeyd edib ki, müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir:
“Azərbaycan Xalq Cümhuriyyətini devirən də məhz bolşeviklər olub. Rauf Qurbanovun həmin bolşevikləri müdafiə etməsi qəbuledilməzdir. Onun fikirlərində Azərbaycanın müstəqilliyinə qarşı təhdid olmasa da, ancaq Rauf Qurbanov Azərbaycanın keçmişi ilə bağlı öz beyninin məhsulunu ortaya qoyur. Görünür, Azərbaycan Kommunist Partiyası hələ də bolşevikləri, Lenini arzulayır. Hesab edirəm ki, bu cür adamları saxta fikirlərinə görə çox gündəmə gətirmək lazım deyil. Əksinə, onları unutmaq lazımdır”.
Xatırladaq ki, Rauf Qurbanov açıqlamasında 26 Bakı Komissarını açıq şəkildə müdafiə edib:
“26 Bakı Komissarı Azərbaycan tarixində mühüm rol oynamış tarixi şəxsiyyətlərdir. Kimliyindən asılı olmayaraq bu inqilabçı dəstə tarixi şəxsiyyətlərdən ibarət olub və onları təhqir etmək olmaz”.
“Ölkə.Az”

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...