"Torqovıda bizneslərini təkmillşdirərək oyuna sutyünorlarını buraxıblar" -İDDİA
Redaksiyaya zəng edən bir qadın Torqovı küçəsində qadın alverinin yeni mərhələyə keçdiyini söylədi. O şahidi olduğu bir hadisəni danışdı.
"Torqovıda oturmuşdum, arxamda 3 ərəb oturub nəsə söhbət edirdilər.Onlara cavan bir oğlan yaxınlaşıb nəsə işarələrlə göstərdi.Sonra telefonunu çıxardıb onlara şəkillər göstərməyə başladı.Mənə maraqlı gəldiyindən arxaya çevrilib baxdım.Sən demə bu oğlan ərəblərə qızların şəkillərini göstərirmiş. O əli ilə ərəbin seçdiyi qızın qiymətini göstərdi.3 barmağını, lakin ərəb etiraz edərək 2 barmağını göstərdi.Mən dözməyərək oğlana dedim ki,"Ayıb olsun sənə, anan bacın yoxdur sənin, bəlkə elə onların şəklini göstərirsən əclaf!" Oğlan nədənsə ehtiyat edərək, tez telefonunu yığışdırıb getdi. Məndə sevinmişdim ki, nəsə o pozğun qadınlar bu küçədən yığışıblar.Sən demə onlar yığışmayıblar, sadəcə bizneslərini təkmillşdirərək oyuna sutyünorlarını buraxıblar! Xahiş edirəm bu barədə yazın ki, bəlkə bir öğlçü götürələr. Mənə elə gəldi ki, bu bir şəbəkədir və onlar bir necə nəfərdilər. Buranı seksiyalara bölərək hərəsi öz seksiyasında işləyirlər."
Xanımın dediklərini bizdə oxucularımıza və əlaqədar orqanlara çatdırırıq!
Teref.info

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...