Azad Rəhimov yola salınır-"İslam Həmrəyliyi" oyunlarından sonra
Gənclər və İdman naziri Azad Rəhimov "İslam Həmrəyliyi" oyunlarından sonra tutduğu vəzifə ilə vidalaşacaq.Məlumata görə, nazir Rəhimov 1-ci Avropa oyunlarından sonra vəzifəsi ilə vidalaşmalı idi. Amma hansısa gözə görünməz qüvvə onu ölkə prezidentinin qəzəbindən qoruya bilib.
Məlumata görə, Azad Rəhimovun fəaliyyətində yol verdiyi nöqsanlar, Azərbaycana çox ciddi şəkildə baha başa gəlib. Belə ki, Rəhimovun bir sıra təklifləri ilə Azərbaycan beynəlxalq yarışlara ev sahibliyi etmək hüququnu əldə edib. Azad Rəhimov yuxarıları inandırıb ki, əgər belə yarışlar ölkəmizdə keçirilsə bu Azərbaycanın turizm sektorunun inkişafına təkan verəcək. Amma 1-ci Avropa Oyunları zamanı və eyni zamanda keçirilən Formula 1 yarışlarında xaricdən turist axınının gözləndiyinin əksinə aşağı səviyyədə olması Gənclər və İdman nazirinin təqdim etdiyi planın fiaskoya uğraması ilə nəticələnib. Bundan başqa ölkə prezidenti tərəfindən 2016-cı ilin idman yekunları zamanı uğurlar əldə edən idmançıların yerinə Rəhimovun hazırladığı siyahıda haqqı olmayanların mükafat almasının da üstünün açılması naziri daha da çıxılmaz vəziyyətə salıb.
Məlumata görə, Azad Rəhimov hakim yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Siyavuş Novruzovun əvəz edəcəyi ilə bağlı artıq hakimiyyət kalidorlarında fısıldaşmalar başlayıb. Məlumata görə, hakim komanda Siyavuş Novruzovun imkanlarından nazir kimi də yararlanmaq niyyətindədi. Məlumata görə, artıq ölkə prezidenti İlham Əliyevə Siyavuş Novruzovun təqdimatı belə olunub.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...