XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » AZAL-da baş verən hadisəni kimlər gizlətməyə çalışır?

AZAL-da baş verən hadisəni kimlər gizlətməyə çalışır?

AZAL-da baş verən hadisəni kimlər gizlətməyə çalışır?
19-09-2017, 13:15

1-ci bort pilot huşunu niyə itirib?

Ölkə mətbuatında nəqliyyat vasitələrində baş verən qanunsuzluqlardan çoxsaylı yazılara rast gəlmək olur. Bir çox hadisələr isə məhz AZAL-da baş verdiyindən biz də redaksiya olaraq bununla bağlı araşdırma aparmağı qərar verdik.

Mətbuatda gedən yazılara ekskurs edərkən maraqlı məqalələrə rast gəldik.

““AZAL” köhnə təyyarələri təzə qiymətə alır” adlı məqalədə deyilir: “2015-ci il iyulun 20-də Qafqaznews.az saytında “Milan-Bakı reysinin uçuşunda problem yaranıb” başlıqlı məqalə dərc olunmuşdu. Məqalə həmin reysin sərnişinlərinin redaksiyamıza müraciətindən bəhs edirdi: “Milan-Bakı reysinin uçuşunda problem yaranıb. Təyyarə uçmağa qalxmaq istəyərkən texniki problem yaranıb və uçuş xətti ilə geri, aeroporta qayıtmağa məcbur olub. Təyyarəni Milan aeroportunun təmir parkına muayinədən keçirtməyə aparıblar. Sərnişinləri təyyarədən düşürüblər. Məlumdur ki, sərnişinlərin çoxunun əlavə xərc çəkmək, qidalanmaq, otel xərci üçün imkanları yoxdur. Ona görə də şərnişinlər düşünürdü ki, Bakıya çatanda həmin əlavə xərclər şirkət tərəfindən ödənəcək. “AZAL”ın nümayəndəsi sərnişinlərə bildirib ki, təyyarənin təmiri bir neçə gün uzanacaq. “AZAL” dövlət şirkətinin nümayəndəsi sərnişinlərə bildirib ki, onların gecələmə xərcləri və sairənin şirkətə dəxli yoxdur. Narazı sərnişinlər soruşurlar ki, görəsən Cahangir Əsgərov nə vaxt cibinə yox, sərnişinlərin rahat, təhlükəsiz uçmağının qayğısına qalacaq? Məlumata görə AZAL-ın Aerobus-320 təyyarəsi köhnə olduğuna görə problem yaranıb və bu problem ilk dəfə deyil. Sərnişinlər bildirirlər ki, aldıqları mənəvi zərbəyə görə AZAL-ı məhkəməyə verəcəklər. Narazı sərnişinlər düşünürlər ki, bəlkə bundan sonra AZAL-ın biabırcılıgına son qoyular.
Məlumata görə ümumiyyətlə AZAL-ın aviaparkındakı təyyarələrin əksəriyyəti köhnə təyyarələrdi və bu səbəbdən təhlükə mənbəyidir.
Mənbə bildirir ki, köhnə təyyarələri təzə adı ilə almaqla AZAL rəhbərliyi milyonlarla manatı dövlət büdcəsidən silərək mənimsəyir. Ən dəhşətlisi isə bu yeyintilər yüzlərlə sərnişinin həyatını təhlükə qarşısında qoyur.
Contact.az-ın yazdığına görə təkcə bu il AZAL-ın təyyarələrində bir neçə dəfə ciddi texniki nasazlıq olub. Belə ki, 10 iyulda şirkətə məxsus “CESSNA-172 S” təyyarəsi məcburi eniş etməli olub. Şirkətin mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərlinin məlumatına görə, təyyarə Maştağa qəsəbəsi yaxınlığlndakı boş sahəyə enib.
13 iyun 2015-ci ildə Bakı-Naxçıvan reysi ilə uçan “Boeing-757” təyyarəsi hidrosistemdə təzyiqin düşməsi nəticəsində Heydər Əliyev limanına qayıtmağa məcbur olub.
21 may 2015-ci il tarixdə Bakı-Moskva reysi ilə uçan “Boeing-757” təyyarəsi texniki səbəbdən eniş etmək məcburiyyətində qalıb, zərərçəkən yoxdur.
Biz Milan-Bakı reysi ilə uçan təyyarədə texniki nasazlıq olub-olmaması ilə bağlı məsələni aydınlaşdırmaq qərarına gəldik.
Bunun üçün AZAL-ın informasiya bürosuna müraciət etdik. Şirkətin əməkdaşı təyyarənin texniki nasazlığı ilə bağlı Qafqaznews.az-ın yazdıqlarını təsdiq elədi: “Nasazlıq təyyarənin təkərində aşkar olunub”. Şirkətin növbə rəisi İradə (soyadını demədi) öz əməkdaşlarının dediklərini inkar etdi: “Əgər nasazlıq təkərlə bağlı olsaydı çoxdan həll olunmuşdu”. Növbə rəisinin “Nə üçün sərnişinlər şirkətə deyil, sizin agentliyə müraciət edir..?” sualına müxbirimizin münasibəti belə oldu: “Yəqin ki, AZAL-ın nümayəndəsi hökmən onlarla əlaqə saxlamalı və problemi həll etməlidir”. Şirkətin nümayəndəsi onu da qeyd etdi ki, AZAL bütün təyyarələri saz vəziyyətdə yola salır.
Müxbirimizin: “Axı, bu il 3 dəfə sizin şirkətə məxsus təyyarələr texniki səbəblərdən məcburi eniş ediblər” iradına növbə rəisi belə cavab verdi: “Bu nasazlıqlar bir dəqiqədə aşkar olunur və aradan qaldırılır. AZAL-ın bütün təyyarələri təzədir”.
Sözardı: Növbə rəisinin sözlərinə görə, bizim müraciətimizdən 1 saat sonra Milana təzə təyyarə yola salınıb: “Həmin təyyarə nasaz təyyarənin sərnişinlərini gətirəcək. Bizim nümayəndəmiz sərnişinlərlə görüşüb və onların problemi həll olunub”.
Milan-Bakı reysinin sərnişini isə bizə bildirdi ki, AZAL şirkətinin nümayəndəsi İbrahim Seyidov həqiqətən də onlarla görüşüb: “Bizi otellərdə yerləşdirdilər və zəruri şeylərlə təmin etdilər. İbrahim Seyidov bizə bildirdi ki, Bakıdan Milana təyyarə gəlməyəcək. İtaliyada ehtiyat hissəsi tapılaraq nasazlıq aradan qaldırılacaq”.
Ölkə mətbuatında gedən bu yazılarla tanış olandan sonra, daxil olan bir məlumatı da oxucularmıza təqdim edirik .
Bu ilin iyun ayında AZAL-ın Aerobus-320 təyyarəsi Moskva-Bakı reysi üzrə uçuş edərkən 1-ci bort pilot huşunu itirib və təyyarəni 2-ci pilot yerə oturtmağa məcbur olub.
Daxil olan məlumata görə Aerobus-320 təyyarəsinin 1-ci bort pilotu Abdurəhmanov Ruslan Qulu oğlu olub.
Apardığımız araşdırmalardan məlum oldu ki, təyyarə pilotları mütəmadi olaraq müayindən keçməli olurlar.
Bəs Abdurəhmanov Ruslan müayinədən keçəndə görəsən həkimlər tərəfindən ona nə diaqnoz qoyulub?
Bu baxımdan təyyarədə 1-ci bort pilotun birdən-birə huşunu itirməsi istər-istəməz bir çox şübhələrə yol açır.

Araşdırmamız davam edir…

Şamil Həsənbəyli

365INFO.AZ

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.