SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » İslam cinsi münasibətdə nəyi qadağan edir?

İslam cinsi münasibətdə nəyi qadağan edir?

Tarix:

7-09-2017, 12:32

/ 90 066 dəfə oxundu.
İslam cinsi münasibətdə nəyi qadağan edir?

Hər bir məsələdə olduğu kimi, seksdə də dini görüşlər bir-biriləriylə ziddiyyət təşkil edir. Belə ki, İslam dinində yataqda nə kimi qadağaların olması daima insanları düşündürüb.

Sizi bu qadağalarla tanış edirik.

Nigahdankənar seksual münasibətlər (zina), menstruasiya (aybaşı) zamanı, anal seks, insest (yaxın qohumlar ilə cinsi əlaqə), homoseksual əlaqələr (kişi və kişi arasında olan cinsi əlaqə və ya lezbiyanlıq, 2 qadın arasında olan cinsi əlaqə), nekrofiliya, zoofiliya, pedofiliya və sado-mazoxizm və s İslam dinində qadağan edilsə də masturbasiya (onanizm) və eləcə də qadın hamiləliyi dövründə cinsi münasibətin qadağası sual altındadır.

İslam dini ər və arvad arasında müəyyən hədlər çərçivəsində istənilən seksual əlaqəyə icazə verir.

Cinsi əlaqəni, cinsi orqanından olmaq şərtiylə hər cür şəklinə icazə verdiyini və haram etmədiyini anlayırıq. Evli insanların bir-birini öpmə, oxşama, dodaqlarıyla, əlləriylə cinsi əlaqəyə hazırlamaq üçün bədənlərinin dəyişik yerlərinə etdikləri hər cür hərəkətin haram olmadığını söyləyə bilərik.

Oral seks

İslam dinində oral seksə münasibət birmənalı deyil. Qadağan olunmamış şeyi eləmək günah deyil prinsipi ilə yanaşsaq, oral seks günah sayılmır.
Bir çox ilahiyyatçılar oral seksin qadağan olunmamasına baxmayaraq, yerinə yetirilməsini məqsədə uyğun hesab etmirlər. Buna baxmayaraq, ər və arvad arasında oral seks aşağıdakı hallarda mümkündür:
-Hər iki tərəfin razılığı ilə. Bir tərəf etiraz etsə, bunu etmək olmaz.
-Oral seks yalnız stimulyasiya rolunu oynamalı və partnyorun ağzına heç bir maddə daxil olmamalıdır. Əgər partnyorun ağzına sperma və ya mədh daxil olarsa, hər 2 tərəf qüsl etməlidir.

Anal seks

İslamda birmənalı olaraq anal seksə qadağa qoyulmuşdur və bunu etmiş hər bir şəxs bağışlanmayacaq qədər böyük olan günaha batmış olur.Haram olduğunu bilə-bilə Allahın əmr etdiyi yerdən deyil, qadağan olan yerdən cinsi əlaqə qurmaq bir müsəlmana yaraşmaz. Belə bir davranış yolverilməzdir.

Masturbasiya

Masturbasiya seksual ehtiyacların ödənilməməsindən yaranan bir aktdır və dinimizdə ona münasibət də birmənalı deyil.
Bəzi alimlər bunu zina olaraq qəbul edir və haram sayırlar. Digər alimlər isə masturbasiyanın müəyyən situasiyalarda icazə olduğunu qeyd edirlər. Bu situasiyalar aşağıdakılardır:
-Yad qadınla cinsi münasibətə girərək zina törətməkdən qorunmaq üçün masturbasiya edilirsə bu qəbul olunur. Lakin bu halda masturbasiya adətə çevrilməməli, seksual hisslərin dözülməz həddə çatdığı zamanda istifadə olunmalıdır.

Şərhlər

XƏBƏR LENTİ