“Alliance Logistics” hesabatları gizlədib - Cərimələndi
Azərbaycanın ən iri nəqliyyat şirkətlərindən biri olan “Alliance Logistics” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) barəsində inzibati protokol tərtib edilib.
Şirkət tərəfindən 2024-cü il üzrə maliyyə hesabatları, auditor rəyi ilə birlikdə internet səhifəsində və mətbu orqanda dərc olunmayıb.
Buna görə də “Alliance Logistics” barəsində İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə protokol tərtib edilib.
MMC-nin nümayəndəsi izahatında göstərib ki, əməkdaşlıq etdikləri auditor şirkəti ilə müqavilə bağlanıb, hesabatın təqdim edilməsi ilə bağlı akt da mövcuddur. Lakin Sabunçu Rayon Məhkəməsinin qərarı ilə MMC 1500 manat cərimə edilib.
Xatırladaq ki, 2018-ci ildə yaradılan “Alliance Logistics”in rəhbəri Teymur Musayevdir.
Qeyd edək ki, ötən il “Alliance Logistics”in ümumi konteyner daşımalarının həcmi 50 000 TEU (20 futluq ekvivalent) təşkil edib. Daşımaların 57 %-i tranzitin payına düşüb. Yük axınlarının formalaşmasında Orta Dəhliz və Bakı–Tbilisi–Qars (BTQ) xətti əsas rol oynayıb. Çin istiqaməti isə ümumi daşımaların 30 %-ni formalaşdırıb.(Yurd.Media)

Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Daşkəsəndə seldən sonra yol çöküb
“Rahat”da iylənmiş “Mərcan” toyuqları satılır: İstehlakçı sağlamlığı ilə kim oynayır?
Azərbaycanda mağazaya ildırım düşdü - Yanğın başladı