Azay Möhnətov kimdir? —"İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur?
Novxanıda yerləşən və illərdir ölkənin iri istirahət mərkəzlərindən biri kimi tanınan “AF Hotel”də baş verən yanğından sonra diqqətlər hotelin sahibi Azay Möhnətovun digər bizneslərinə yönəlib. Belə ki, hadisədən qısa müddət sonra onun sahib olduğu “Eurohome” tikinti materialları bazarı bağlandı.
Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda bazarın bağlanma səbəbi kimi ciddi yanğın təhlükəsizliyi pozuntuları aşkarlandığı göstərilir.
Maraqlıdır ki, 2019-cu ildən həm “AF Hotel”, həm də “Eurohome”un sahibi kimi tanınan Azay Möhnətov son günlər gündəmdən düşmür. Onun biznes fəaliyyəti yalnız bu obyektlərlə məhdudlaşmır. Müxtəlif illərdə adı tikinti, daşınmaz əmlak və turizm sahələrində həyata keçirilən layihələrdə hallanıb. Hətta Rusiyada da biznesinin olduğu deyilir.
Əslən Şamaxı rayonundan olduğu bildirilən Azay Möhnətov “AF Holding” şirkətlər qrupunun prezidenti, eyni zamanda “Uğur-97” şirkətinin rəhbəridir. O, həmçinin Azərbaycan Memarlar İttifaqının üzvüdür.
Holdinqin rəsmi səhifəsində bir müddət əvvəl qeyd olunub ki, 1989-cu ildə təsis edilən “AF General Trading” şirkəti əsasən ixrac-idxal əməliyyatları ilə məşğul olub. Bildirilir ki, holdinqin baş ofisi Bakıda yerləşir, eyni zamanda Frankfurt və Londonda da filialları fəaliyyət göstərir.
“AF Holding”ə daxil olan şirkətlər sırasında “Everton”, “Uğur-97”, “AFSAN Plastik”, “AF Business House”, “AF City”, “AF Mall”, “AF Com Plaza”, “AF Com Center”, “Aqua Park Baku”, “Aqua Park Shikhov” və “AF Hotel Aqua Park” da yer alır.
Bundan başqa, qeyd edilir ki, 2000-ci ildə “AF Bank” təsis olunub. Daha sonra həmin bank Rusiyanın VTB bankına satılıb.
Azay Möhnətovun adı sosial şəbəkələrdə “İlyas Express” kimi tanınan İlyas Möhnətovla qohumluq əlaqələrinə görə də tez-tez hallanır. Bildirilir ki, o, İlyas Möhnətovun əmisidir.
Azay Möhnətovun bazarının bağlanması səbəbləri haqda müxtəlif fərziyələr var. Bəzi ekspertlər bildirir ki, FHN-nin göstərdiyi çatışmazlıqlar əksər ticarət mərkəzlərində mövcuddur. İndiyədək “Sədərək”, “Binə”, “8-ci kilometr” ticarət mərkəzlərində bu səbəblərə görə dəfələrlə yanğın baş verib, amma heç biri bağlanmayıb. “Eurohome”un bağlanmasının A.Möhnətovun hansısa qeyri-leqal siyasi fəaliyyətinə görə ola biləcəyi ehtimal edilir. Onun dövlət əleyhinə fəaliyyətə görə barəsində sərt tədbirlər görülən sabiq məmurlarla bu və ya digər şəkildə əlaqəsinin olduğuna dair müəyyən ehtimallar səsləndirilir.
Barəsində deyilənlər və yazılanlarla bağlı Azay Möhnətovun mövqeyini dərc etməyə hazırıq.
Globalinfo.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...