Şəhid övladlarının iştirakı ilə "Yol polisimizlə bir gün" adlı tədbir keçirilib
Şəhid övladlarının iştirakı ilə "Yol polisimizlə bir gün" adlı tədbir keçirilib.
Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Bildirilib ki, Bakı Şəhər BPİ DYP İdarəsinin təşəbbüsü və "YAŞAT" Fondunun dəstəyi ilə 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar şəhid övladları üçün ekskursiya və maarifləndirici görüş təşkil edilib.
Uşaq və yeniyetmələr arasında yol hərəkəti təhlükəsizliyinin təbliği məqsədilə həyata keçirilən görüş çərçivəsində tədbir iştirakçıları Bakı Şəhər BPİ DYP İdarəsinin və Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin inzibati binalarına ekskursiya ediblər.
Məktəblilərə yol-patrul xidməti inspektorlarının xidməti fəaliyyəti, yol hərəkət iştirakçılarının rahat, fasiləsiz və təhlükəsiz hərəkəti üçün görülən tədbirlər, eləcə də inzibati hüquqpozmalar barədə nəzəri məlumatlar verilib, xüsusi texniki vasitələr nümayiş olunub.
Bununla yanaşı şagirdlərə nəqliyyatın intellektual idarə edilməsi sistemi, yol hərəkətinin tənzimlənməsi və müasir texnologiyaların tətbiqi haqqında ətraflı məlumatlar verilib. Məktəblilər real vaxt rejimində yollardakı vəziyyətin necə izlənildiyini və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün istifadə olunan innovativ həlləri maraqla izləyiblər.
Sonda tədbir iştirakçılarına xatirə hədiyyələri təqdim olunub.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...