Xalqımızın qan yaddaşı
Azərbaycan xalqının tarixində faciəvihadisələrlə zəngin səhifələr az deyil. Lakin buhadisələr içərisində 1918-ci ilin mart-aprelaylarında baş vermiş qırğınlar öz miqyasına, qəddarlığına və nəticələrinə görə xüsusi yer tutur. Hər il martın 31-i ölkəmizdə AzərbaycanlılarınSoyqırımı Günü kimi qeyd olunur və bu tarixxalqımıza qarşı törədilmiş kütləvi qırğınlarınxatirəsinin yaşadılması baxımından mühüməhəmiyyət daşıyır.
1918-ci ildə Cənubi Qafqaz regionundamürəkkəb siyasi vəziyyət hökm sürürdü. Birtərəfdən Rusiya imperiyasının süqutu, digərtərəfdən bölgədə hakimiyyət uğrunda mübarizəmüxtəlif silahlı qüvvələrin toqquşmasına səbəbolmuşdu. Bu qarışıq şəraitdən istifadə edənerməni silahlı dəstələri və bolşevik qüvvələri BakıSovetinin rəhbərliyi altında azərbaycanlı əhaliyəqarşı planlı şəkildə qırğınlar həyata keçirmişlər. Məqsəd təkcə müəyyən əraziləri nəzarətəgötürmək deyil, eyni zamanda yerli azərbaycanlıəhalini kütləvi şəkildə məhv etmək və onlarıdoğma torpaqlarından sıxışdırıb çıxarmaq idi.
1918-ci ilin mart hadisələri ilk olaraq Bakıdabaşlamışdır. Qısa müddət ərzində şəhərdəminlərlə dinc sakin qətlə yetirilmiş, yaşayışməhəllələri dağıdılmışdır. Daha sonra bu qırğınlarŞamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan vədigər bölgələrə yayılmışdır. Xüsusilə Şamaxıdayüzlərlə kənd yandırılmış, dini abidələr dağıdılmış, minlərlə insan amansızlıqla öldürülmüşdür. Qubaqəzasında isə sonradan aşkar edilən kütləviməzarlıq həmin hadisələrin dəhşətli miqyasını birdaha sübut etmişdir.
Tarixi sənədlər və araşdırmalar göstərir ki, buhadisələr təsadüfi qarşıdurmalar deyil, əvvəlcədənplanlaşdırılmış və sistemli şəkildə həyatakeçirilmiş soyqırımı siyasətinin tərkib hissəsiolmuşdur. Qadınlar, uşaqlar və qocalar belə buvəhşilikdən kənarda qalmamışdır. İnsanlar yalnızetnik və dini mənsubiyyətlərinə görə qətləyetirilmiş, yaşayış yerləri viran qoyulmuşdur.
Sovet dövründə bu hadisələrə uzun müddətsiyasi qiymət verilməmiş, həqiqətlər gizlisaxlanılmışdır. Yalnız Azərbaycan müstəqilliyinibərpa etdikdən sonra bu tarixi faciəyə obyektivyanaşmaq imkanı yaranmışdır. 1998-ci ildəümummilli lider Heydər Əliyevin imzaladığıfərmanla 31 mart rəsmi olaraq AzərbaycanlılarınSoyqırımı Günü elan edilmişdir. Bu qərartariximizin bu ağrılı səhifəsinin dövlətsəviyyəsində tanınması və gələcək nəsillərəçatdırılması baxımından mühüm əhəmiyyət kəsbedir.
Müasir dövrdə Azərbaycan dövləti soyqırımıhəqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasıistiqamətində ardıcıl fəaliyyət göstərir. Xariciölkələrdə keçirilən tədbirlər, nəşr olunan kitablar, sənədli filmlər və elmi araşdırmalar bu faciəninbeynəlxalq səviyyədə tanıdılmasına xidmət edir. Eyni zamanda, ölkə daxilində də xatirəkompleksləri yaradılmış, abidələr ucaldılmışdır. Bu baxımdan Quba Soyqırımı Memorial Kompleksi xüsusi əhəmiyyətə malikdir vəziyarətçilərə həmin dövrün reallıqlarını əyanişəkildə təqdim edir.
31 Mart – Azərbaycanlıların Soyqırımı Günütəkcə tariximizin ağrılı səhifəsini xatırlamaq deyil, həm də gələcək üçün mühüm nəticələr çıxarmaqbaxımından əhəmiyyətlidir. Bu gün bizə milli birliyin, dövlətçiliyin və tarixə sahib çıxmağınvacibliyini bir daha xatırladır. Tarixini unudan xalqgələcəyini düzgün qura bilməz. Bu baxımdan, belə faciələrin unudulmaması və gələcək nəsillərədüzgün şəkildə çatdırılması hər birimizinvətəndaşlıq borcudur.
31 mart Azərbaycan xalqının yaddaşındasilinməz iz buraxmış faciələrin simvoludur. Bu günün qeyd olunması şəhidlərin ruhuna ehtiramınifadəsi olmaqla yanaşı, həm də tarixi ədalətinbərpası uğrunda aparılan mübarizənin birhissəsidir. Azərbaycan xalqı bu faciəni heç vaxtunutmur və unutmamalıdır.
İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...