Tələbələri müdafiə edən müəllimə YENİDƏN HƏDƏFDƏ... - SUSDURMAQ İSTƏYİRLƏR...
Əzilən tələbələri müdafiə etdiyinə görə təqib olunduğunu deyən müəllim Aysel Quliyeva yenidən NDU rəhbərliyinin hədəfinə düşüb. Universitetin vəzifəlisi Abbas Əhmədov ləyaqətini alçatmaqda ittiham etdiyi keçmiş müəllimi yenidən məhkəməyə verib.
Onun şikayət ərizəsi bundan əvvəlki məhkəmə çəkişməsində iki dəfə uduzduğu ittiham mətninin eynisidir. Bu dəfə fərq isə müəllimin cəzalandırılması ilə yanaşı, mənəvi zərərə görə ondan 20 min manat təzminat tələb etməsidir.
Aysel Quliyeva “Gündəlik Naxçıvan”a bildirib ki, bu iddia ondan qisas almaq məqsədi daşıyır:
“Naxçıvan Dövlət Universitetində qarşılaşdığım vəziyyət elm deyil, şəxsi ambisiyalar və hüquqsuzluq idi. Bir il ərzində məni işdən uzaqlaşdıran, maaşsız qoyan rəhbərlik indi də mənə qarşı 20 min manatlıq mənəvi təzminat iddiası qaldırıb. Bu, ədalət axtarışı yox, susdurma cəhdidir.
10 aydır gəlirsiz və borc içində olan birindən bu məbləğin tələb olunması absurddur. Mənim nə evim, nə maşınım var – tək sərvətim biliyimdir. Bu məsələ əslində mənə yox, gənc kadrlara qarşı münasibətə aiddir.
Bir ildən çoxdur məni məhkəmələrlə yormaq, maddi və mənəvi cəhətdən sarsıtmaq istəyirlər. Amma haqqımı sona qədər müdafiə edəcəyəm.”
Ötən ilin sentyabrında “Gündəlik Naxçıvan” NDU-nun Hüquq və Beynəlxalq Münasibətlər fakültəsinin bir qrup tələbəsinin müraciətini yayıb. Müraciətdə dekan müavini Abbas Əhmədovun tələbələri döydüyü və təhqir etdiyi iddia olunurdu. Tələbələr bildirirdilər ki, universitet rəhbərliyi onu cəzalandırmaq əvəzinə, onları müdafiə edən müəllim Aysel Quliyevanı işdən çıxarıb.
Abbas Əhmədov tələbələrin bu müraciətini əsas gətirərək məhkəməyə müraciət etmişdi. Şikayət olunan şəxs – Aysel Quliyevanın isə həmin müraciətin yayılması ilə heç bir əlaqəsi olmayıb. Buna baxmayaraq, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Gülsüm Əliyeva şikayəti icraata götürmüşdü. Məsələ ictimailəşdikdən sonra bu addım ciddi ictimai qınağa səbəb olmuş, hakim isə ilk iclasda işə baxmaqdan imtina etmişdi.
Daha sonra iş Bakıdan yeni təyin olunmuş hakim Aslan Heydərova verilmişdi. O isə şikayəti əsassız hesab edərək işə xitam vermişdi.
Gündəlik Naxçıvan

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...