“Bura icra başçısınındır, heç kim dayandıra bilməz” - ÖZBAŞINA QALIBLAR...
Zığ–Hövsan şosesinin sağ istiqamətində aparılan irimiqyaslı tikinti işləri ətraf sakinlərin narazılığına səbəb olub. İddialara görə, ərazidə aparılan tikintinin rəsmi sənədləri ilə bağlı dövlət reyestrində heç bir məlumat yoxdur.
Sakinlərin sözlərinə görə, tikintiyə rəhbərlik edən və özünü Şaiq kimi təqdim edən şəxs obyektin tikintisinin dayandırılmasının mümkün olmadığını bildirib. Onun iddiasına görə, sözügedən ərazi guya icra hakimiyyətinə məxsusdur və tikintiyə heç kimin müdaxilə edə bilməyəcəyini deyib.
Şaiq adlı şəxsin həmçinin “hamı yaxşı bilir ki, bura icra başçısı Adil müəllimindir” ifadəsini işlədərək tikintinin davam edəcəyini söylədiyi bildirilir. Onun sözlərinə görə, məsələnin ictimailəşdirilməsi də heç nəyi dəyişməyəcək.
Ətraf sakinlər isə bildirirlər ki, dayanacağın arxa hissəsində aparılan bu tikinti gələcəkdə ictimai nəqliyyata gediş-gəlişdə problemlər yarada bilər. Bundan əlavə, ərazidən keçən magistral kommunikasiya xətlərinin də tikinti zamanı nəzərə alınmadığı iddia olunur.
BakuNews.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...