Estoniya İranın hücumları fonunda Azərbaycanı dəstəkləyib
Estoniya İranın hücumları fonunda Azərbaycanla həmrəylik ifadə edib.
Bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsaxna "X" sosial şəbəkəsində bildirib.
"Naxçıvan Muxtar Respublikasının ərazisinə endirilən, hava limanının zədələnməsi və mülki şəxslərin xəsarət alması ilə nəticələnən İranın dron zərbələri beynəlxalq hüququn və dövlətlərin suverenliyinin kobud pozulmasıdır. Region ölkələrinə qarşı bu cür məsuliyyətsiz hərəkətlər qəbuledilməzdir və dayandırılmalıdır", - o yazıb.
Nazirin sözlərinə görə, Estoniya Azərbaycanla həmrəyliyini ifadə edir və regionda sülh və təhlükəsizliyi dəstəkləyir.
Xatırladaq ki, martın 5-də İran pilotsuz uçuş aparatları ilə Naxçıvan ərazisindəki obyektlərə hücum edib. Dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasının üzərinə, ikincisi isə Şəkərabad kəndindəki məktəb binasının yaxınlığına düşüb. Hava limanına hücum nəticəsində dörd mülki şəxs xəsarət alıb. İran İslam Respublikasının Azərbaycandakı səfiri Müctəba Dəmirçilu XİN-ə çağırılıb. Azərbaycan cavab zərbəsi endirmək hüququnu özündə saxladığını bəyan edib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...