“Azpulmat” vətəndaşları niyə bezdirib? - Təsdiq olmadan insanları zamin kimi qəbul edirlər...
Son günlər sosial şəbəkələrdə “Azpulmat”la bağlı ciddi narazılıqlar yayılır.
Bəzi vətəndaşlara tanımadıqları şəxslərin kredit götürməsi ilə bağlı zənglər edilir və onların “zamin” kimi sistemdə qeyd olunduğu bildirilir. Halbuki həmin şəxslər nə borc götürəni tanıyır, nə də hər hansı razılıq veriblər.
Şikayətçilərin sözlərinə əsasən, kredit götürən şəxs istənilən telefon nömrəsini sistemə qeyd edə bilir və həmin nömrə əvvəlcədən yoxlanılmır. Maraqlı məqam budur ki, əgər həmin nömrə doğrudan da zamin, qohum və ya əlaqəli şəxs kimi göstərilirsə, niyə kredit verilməzdən əvvəl onunla əlaqə saxlanılmır? Niyə təsdiq alınmır?
Məlumata görə, kredit rəsmiləşdirilərkən əlaqə yaradılmayan nömrələrə yalnız ödəniş gecikəndə zəng edilir və onlara “zamin kimi qeyd olunmusunuz” deyilir. Bu isə ciddi suallar və problemləe yaradır.
Zaminin razılığı olmadan onun məlumatlarının sistemə daxil edilməsi hansı qanuna əsaslanır?
Şəxsin kimliyi və razılığı təsdiqlənmədən kredit verilməsi hansı məsuliyyət çərçivəsində həyata keçirilir?
Əgər yoxlama aparılmırsa, bu, vətəndaşların şəxsi məlumatlarının qorunması baxımından risk deyilmi?
Belə bir praktika həm kredit götürən şəxsi, həm də tamamilə əlaqəsi olmayan vətəndaşları çətin vəziyyətə sala bilər. Tanımadığı borca görə zənglər almaq, psixoloji təzyiqə məruz qalmaq heç bir halda normal və hüquqi hesab edilə bilməz.
Sistemdə qeyd olunan əlaqə nömrələrinin əvvəlcədən təsdiqlənməsi, zaminlik üçün açıq razılığın alınması və şəxsiyyətin yoxlanılması ən vacib məqamlardandır ki, “Azpulmat” bunu etmir. (Bizimesr.az)

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...