Saleh Məmmədov bir villaya görə dəyəri on milyonlarla hesablanan magistral yolun istiqamətini dəyişib - “Akula” Vüqar və onun şəriki şəkili Yusif adlı şəxs...
Sabiq qurum rəhbərinin dövlətin iqtisadi maraqlarına xəyanət etməsinə səbəb nə olub?
"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) İdarə Heyətinin sabiq sədri Saleh Məmmədovun adıçəkilən qurumun rəhbərliyində təmsil olunduğu dövrdə çoxsaylı qanun pozuntularına yol verməsi ilə bağlı media və sosial mediada çoxsaylı faktlar yer almaqdadır. Lakin Saleh Məmmədovla bağlı bəlkə də ən maraqlı və araşdırılması gərəkən fakt onun dəyəri milyonlarla hesablanan magistral yolun - Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun istiqamətini bir villaya görə dəyişdirməsi ilə bağlıdır". Bu barədə "Dia-az"a göndərilən məqalədə deyilir.
Məqalədə daha sorna bildirilir: "Belə ki, Masazır duz gölünün yanı ilə uzanan yolun sona qədər düz də davam etdirilməsi planlaşdırılsa da, bu yolun üzərində olan və plana düşən villanın sahibləri hansısa şəkildə Saleh Məmmədovla dil tapa bilib. Nəticədə Saleh Məmmədov dövlətin iqtisadi maarqlarına xəyanət edərək yolun istiqamətini dəyişib. Magistral yolun inşasını iqtisadi baxımdan daha səmərəsiz və dövlət üçün böyük xərclərə yol açacaq fərqli istiqamətdə aparıb. Nəticədə, dövlət daha mürəkkəb relyefdən keçəcək yolun alt təbəqəsinin doldurulması və bərkidilməsinə böyük pullar sərf etməli olub. Bundan başqa, yeni layihə onlarla evin sökülməsini və vətəndaşlara böyük kompensasiyaların verilməsini nəzərdə tutur ki, bu da dövlətin əlavə olaraq milyonlarla manat pulunun israf edilməsi deməkdir. Bunu sübut etmək üçün yolun ilkin-əsas layihəsinə nəzər salmaq kifayətdir.
Saleh Məmmədovun sökməkdən imtina etdiyi və yolun istiqamətinin dəyişməsinə səbəb olan sözügedən villanın “Akula” Vüqar və onun şəriki şəkili Yusif adlı şəxslərlə əlaqəli olduğu iddia olunur. Ehtimal edilir ki, bu şəxslər AAYDA-da çalışan qohum və ya tanışlarından birinin əli ilə Saleh Məmmədovla razılığa gələ bilib və bununla da dövlət əhəmiyyətli layihənin istiqamətini dəyişdiriblər. Nəticədə, dövlət büdcəsinə böyük miqdarda ziyan dəyib ki, bu ziyanın dəqiq miqyasının müəyyən edilməsinə və həmin ziyanın buna səbəb olan şəxslərin hesabına ödənilməsinə ehtiyac var..."

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub