“AzCake”in rəhbəri Cəlal Babakişiyev çətin durumda: İşçilərin maaşı verilmir?
Son günlər yerli mətbuatda “Rahat”, “Grandmart”, “Bolmart”, “Port bazar”, “Megastore” və “Pribaltika məhsulları” kimi marketlər şəbəkələrinin külli miqdarda vergi borcu yaranması, əməkdaşların əmək haqqlarının vaxtında ala bilməmələri ilə bağlı xəbərlər yayılmşdı.Xalq xəbər verir ki, demokrat.az qeyd olunan məsələ ilə bağlı yeni məlumatlar əldə edib.Belə ki, əsas problemlərdən biridə “Azcake” brendi ilə bağlıdır.
Rahat marketlər şəbəkəsinin təsisçilərindən biri olan Cəlal Babakişiyevə aid olan bu brend 2014 cü ildə yaradılıb. Cəlal Babakişiyev bütün “Rahat” marketlərin daxilində həmin biznesin fəaliyyəti üçün xüsusi yerlər götürərək genişləndirib.
Gündəlik şirniyyat məhsullarından tutmuş çorəyə qədər istehsal olunaraq istehlakçılara təqdim olunur. “Azcake”də ölkə üzrə 1000-dən çox əməkdaş çalışır. Bu işin gözə görünən şəffaf və alıcılara faydalı tərəfi.
Gələk bu biznesin görünməyən tərəfinə. Əldə etdiyimiz məlumata görə uzun müddətdir ki, “Rahat” marketlər şəbəkəsi külli miqdarda vəsaiti “Azcake” şirkətinin hesabına köçürüb. Sonradan isə həmin vəsait divident kimi nağdlaşdırılaraq mənimsənilib.
Qeyd edək ki, “Azcake”in əməkdaşlardan bir neçəsi redaksiyamızla əlaqə saxlayaraq son aylar əmək haqqlarının ödənilmədiyini bildiriblər.(Xalq.online)
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...