Xaldan bələdiyyəsinin sədri Röyal Cəfərov haqqında məhkəmə qərar verdi
Yevlax Rayon Məhkəməsi vergi orqanının müraciəti əsasında Xaldan bələdiyyəsinin sədri Röyal Cəfərovun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edib.
Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi vergi ödəyicisinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət edib.
Ərizədə hüquqi şəxs tərəfindən Dövlət Sosial Müdafiə Fonduna 30 985 manat, İşsizlikdən Sığorta Fonduna 1 321 manat, İcbari Tibbi Sığorta Fonduna isə 4 729 manat borcun ödənilməsinin təmin edilməsi məqsədilə həmin şəxsin icra orqanının rəhbəri barəsində məhdudiyyət tətbiq olunması xahiş edilib.
Yevlax Rayon Məhkəməsi Yevlax rayonu, Xaldan bələdiyyəsinin sədri Röyal Kazım oğlu Cəfərovun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarıb.(Teleqraf)

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...