“Hələ şeyx cavandır, indi “razkom” götürüb” - Cavanşir Paşazadə
“Varislik filan məsələləri hamısı boş söhbətdir. Elə bir məsələ yoxdur. Bu bizim mənəviyyatımıza uyğun gəlmir”.
Bu sözləri açıqlamasında Şeyxülislam Hacı Allahşükür Paşazadənin qardaşı, deputat Cavanşir Paşazadə mətbuatda şeyxin varisinin adının açıqlanması məsələsinə münasibət bildirərkən deyib.
O qeyd edib ki, dövlətimiz və onun siyasəti var: “Varislik, şahlıq söhbətlərinin artıq yeri deyil. Padşahlıq dövrləri bitib. Şeyxülislam da işləyir. Bundan sonra da inşallah işləyəcək. Bütün məsələlərdə cənab prezidentə, xalqa dayaq olacaq. Dini məsələlərdə ona köməklik edəcək.
Bu söhbətlər artıqdır, ona başqa don geyindirmək lazım deyil. Allah-təala nə məsləhət bilirsə, odur. Hələ ki, şeyximiz cavandır. 69 yaşı var. Ruslar demişkən, hələ indi “razkom” götürüb. Ondan sonra da Allahın nə məsləhəti olacaqsa, o da olacaq. Kim bu işi elmi, dini cəhətdən bacaraqsa, o sonralar ortaya çıxacaq”.
Qeyd edək ki, şeyxin qudası Hacı Qalib Salahzadə modern.az saytına açıqlamasında şeyxin varisinin oğlu Məhəmməd Paşazadə olduğunu deyib.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb - VİDEO
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Azərbaycanın dörd ayda Ermənistana ixracının ümumi dəyəri açıqlanıb
Putin İlham Əliyevi təbrik etdi
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb