Saleh Məmmədova Kür sahilində villa tikən sevimli kadrı Arif Abbasovda yola salınacaqmı?
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədovun uzun illərdən bəri tutduğu vəzifədən kənarlaşdırılması onun yaxın ətrafının da gələcək taleyini sual altına salıb.
Saleh Məmmədovun “vurulması”, təbii ki, onun sevimli kadrlarının da yuxusunu qaçırdıb. Onları Saleh Məmmədov üçün sevimli edən tutduqları postda işlərinə vicdanla yanaşmaları, yaxud da çalışqanlıqları deyil, öz rəhbərləri üçün müxtəlif yerlərdə villa tikmələri, bahalı hədiyyələr etməkləridir.
Gununsesi.info-nun məlumatına görə, belə şəxslərdən biri də 5 saylı Magistral Yolların İstismarı MMC-nin rəisi Arif Abbasovdur. Arif Abbasovla bağlı redaksiyamıza daxil olan məlumatda deyilir ki, Saleh Məmmədovla yaxınlığı ona AAYDA-da xüsusi imtiyazlar yaradıb.
Belə ki, günlərlə işə çıxmayan Arif Abbasov bu sistemdə çalışan ən varlı adamlardan birinə çevrilib. Təbii ki, o, korrupsiya yolu əldə etdiyi vəsaitin bir hissəsini də Saleh Məmmədovla bölüşüb.
Buna nümunə kimi Arif Abbasovun Mingəçevirdə Kür çayı sahilində Saleh Məmmədov üçün villa tikməsi göstərilir. Bildirilir ki, Abbasovun özünün evinin yaxınlığında inşa olunan villa tikilərkən çay kənarında sakinlərin hərəkəti üçün nəzərdə tutulan sahil zolağı belə Məmmədovun villasının qarşısına qatılıb.
Fotodan da göründüyü kimi, Məmmədovun dəbdəbəli villasının eyvanı birbaşa Kür çayına açılır.

Bundan başqa, daha bir məlumatda deyilir ki, Arif Abbasov Rusiyanın Stavropol diyarına daxil olan Kislovodskidə də öz villasının yanında Saleh Məmmədov üçün dəbdəbəli ev tikib. Məlumatlara görə, Arif Abbasov AAYDA sədrinə bu jestlərinin müqabilində yaxınlarının adına yaratdığı MMC-lər vasitəsilə böyük pullar əldə edib.
AAYDA-nın yeni rəhbərinin maliyyə naziri Sahil Babayevin komandasından gətirilməsi isə bu strukturda korrupsiyaya qarşı mübarizəyə start veriləcəyinə işarədir. Yəqin ki, daxili yoxlamalar nəticəsində Arif Abbasovun da fəaliyyəti təftiş olunacaq və bir neçə illik mənimsəmə faktlarının üstü açılacaq.(Gununsesi.info)
XalqXeber.Az

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub