ADSEA növbəti dəyişiklik astanasında: Orxan İmanlı xidmət rəhbəri vəzifəsinə gətirilir
Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə (əvvəlki adı "Azərsu" ASC) sədr təyinatına hazırlıq gedir.
Mia.az-ın əldə etdiyi məlumata görə, 25 sentyabr 2024-cü ildə İstanbulda ürəkdən əməliyyatı zamanı vəfat edən Xidmət rəhbəri Köçərli Həsənovdan sonra sözügedən xidmətin sədri vəzifəsinin icraçısı Tahir Xəlilovu qurumun tabeliyindəki 1.423.420 manatlıq Nizamnamə kapitalı ilə fəaliyyət göstərən və bütün iri tender layihələrini icra edən “Sutikinti” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Orxan İmanlı əvəzləyəcək.
Məlumata görə,Agentlik sədri Zaur Mikayılova, daha dəqiqi, qudası, ADSEA-nın Aparat rəhbəri Fuad Quliyevə birbaşa bağlılığı Orxan İmanlının təqdimatının verilməsində müstəsna rol oynayıb: "O, çox tezliklə Xidmət sədri təyin ediləcək".
Xəbərdə o da deyilir ki, Orxan İmanlı və yaxın dostlarına məxsus MMC-lər də xidmətin tenderlərində aktivlik edirlər(Bu barədə ayrıca yazı olacaq).
P.S. Təxminən 1 il 4 aylıq fəaliyyəti dövründə Tahir Xəlilovun təkcə Gəncə Su-Kanal İdarəsində neçə qohumunu vəzifəyə yerləşdirməsi barədə ayrıca yazımız olacaq!
MİA.AZ

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...