SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Allahşükür Paşazadənin varisinin adı açıqlandı

Allahşükür Paşazadənin varisinin adı açıqlandı

Tarix:

29-08-2017, 17:02

/ 57 682 dəfə oxundu.
Allahşükür Paşazadənin varisinin adı açıqlandı

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadədən sonra bu posu kim tuta bilər... Belə olan təqdirdə şeyxin varislik məsələsi gündəmə gəlir.

O zaman Şeyx Allahşükür Paşazadənin varisi kim ola bilər? Modern.az mövzu ilə bağlı şeyxin qudası Hacı Qalib Salahzadə ilə əlaqə saxlayıb.

Hacı Qalib Salahzadə açıqlamasında deyib ki, o, bir varis tanıyır: “Şeyxülislam Hacı Allahşükür Paşazadənin bir varisini tanıyıram. O da oğlu Məhəmməd Paşazadədir. Ümumiyyətlə, varis bir nəfər olur. O da atanın övladları. Həm də bu cür məsələlər Allahın qisməti ilə bağlıdır. Gərək Allah qismət etsin ki, övlad gəlib ölkənin Şeyxüilislamı olsun”.

Şeyxin qudası varislik məsələsindən danışarkən şeyxin heç də qocalmadığını diqqətə çatdırıb: “Amma Hacı Allahşükür Paşazadə cavandır. Belə baxıram, inşallah, 20-30 il də Qafqazın şeyxi olacaq. Siz şeyxi artıq qocaltmısız. Şeyx qoca deyil. Həmçinin, Şeyxin övladları, nəvələri bir yolla gedir. Onlar da dindar insanlardır”.

Qalib Salahzadənin sözlərinə görə, Allahşükür Paşazadə imperiya özbaşınalığa qarşı çıxan adamdır: “Digər bir məqamı da qeyd edim. Şeyx Allahın yetirməsidir. Yadınızdan çıxartmayın. 1990-cı illərdə ölkədə baş verən qarışıqlığa kim etirazını bildirə bilərdi?! İmperiyanın (SSRİ) özbaşınalıqlarına qarşı kim səsini çıxara bilərdi?! Bir adam tanıyıram. Birinci yerdə böyük lider Heydər Əliyev dayanır. ikinci yerdə isə Allahşükür Paşazadəni görürəm”.

Allahşükür Paşazadə 1975-ci ildən Qafqaz Müsəlmanları İdarəsində (QMİ) çalışır. O, əvvəlcə idarənin məsul katibi, sonra “Təzəpir” məscidinin axundu, QMİ-nin sədr müavini vəzifələrində çalışıb.

1980-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri vəzifəsinə seçilib və şeyxülislam rütbəsi alıb. Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının sədridir.

A.Paşazadə 1990-1995-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

Qafqaz müsəlmanlarının 2003-cü ildə keçirilmiş XI qurultayında A.Paşazadə ömürlük Şeyxülislam seçilib.

O həmçinin Qafqaz Xalqları Ali Dini Şurasının sədri, MDB Dinlərarası Şurasının həmsədridir.

1992-ci ildə doktorluq dissertasiyası müdafiə edərək, tarix elmləri doktoru elmi dərəcəsi alan A.Paşazadə Bakı Dövlət Universitetinin professorudur.

Müxtəlif orden və medallarla təltif edilib.

Allahşükür Paşazadənin 5 qızı və 1 oğlu, nəvələri var.

Şərhlər

XƏBƏR LENTİ