Zəngilanda otel tikintisində fəhlələrin maaşları niyə verilmir? -Video
Zəngilanda çalışan işçilər əməkhaqlarının ödənilməməsinə etiraz edir
Azad olunan ərazilərdə, xüsusilə Qarabağın bərpası prosesində çalışan vətəndaşların əməkhaqlarının ödənilməməsi artıq geniş yayılan problemə çevrilib. Bu səbəbdən bir çox işçi haqlarını bərpa etmək üçün aidiyyəti qurumlara müraciətlər edir, etirazlarını bildirir.
Oxşar hal Zəngilan rayonunda da yaşanır.
Məlumata görə, Zəngilan rayonu Beşdəli kəndində aparılan tikinti işlərinə cəlb olunan işçilər əməkhaqlarının ödənilməməsinə etiraz ediblər.
Bildirilir ki, “TVM-İNŞAAT” MMC adlı şirkət tərəfindən otel tikintisinə cəlb olunan vətəndaşlar artıq 3 aydır işləmələrinə baxmayaraq maaşlarını ala bilmirlər.
İşçilərin sözlərinə görə, onları işə dəvət edən qrup rəhbəri də əməkhaqlarının verilmədiyini təsdiqləyərək bildirib ki, şirkət rəhbərliyi 3 aydır ödənişləri həyata keçirmir. Məlumata əsasən, tikintiyə Elxan Hacıəliyev və Elman adlı şəxslər rəhbərlik ediblər, onlar işçiləri aldadaraq tikinti işlərinə cəlb ediblər.
İşçilər bildirirlər ki, üzərlərinə düşən işi vaxtında və tam şəkildə təhvil versələr də, aylardır əməkhaqlarını ala bilmirlər. Maddi vəziyyəti ağır olan vətəndaşlar ölkə rəhbərliyinə və aidiyyəti dövlət qurumlarına müraciət edərək kömək istəyirlər.
Qeyd edək ki, “TVM-İNŞAAT” MMC-nin qanuni təmsilçisi Ağayev Musa Nizaməddin oğludur. Nizamnamə kapitalı 10 manat olan “TVM İnşaat” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad ŞTQ, Müşfiqabad qəsəbəsi, ev 3D, mənzil 8 ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Ağayev Musa Nizaməddin oğludur.
Məsələ ilə bağlı araşdırmalar davam edir yazıda adları keçənlərində fikirlərini dərc etməyə hazırıq.
Bizimesr.az

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb