“Koreya” klinikasında “Mounjaro” preaparatından istifadə olunur?
“Beaty Time” salonlarının və “Shane” couture – ın rəhbəri arıqlama prosedurundan sonra xəstəxanalıq olduğunu deyir …
“Beaty Time” gözəllik salonları şəbəkəsinin rəhbəri Könül Həmzəyeva arıqlamaq məqsədilə müraciət etdiyi həkim Pərvanə Hacıyeva ilə bağlı ciddi iddialar irəli sürüb. Pərvanə Hacıyeva “Koreya” klinikasında çalışır.
K. Həmzəyevanın sözlərinə görə, ona “sağlam və təhlükəsiz arıqlama” vədi ilə göbək ətrafına inyeksiya və müxtəlif dərman sistemləri tətbiq olunub. Lakin iddia olunur ki, bu prosedurlardan sonra onun mədə-bağırsaq sistemi kəskin şəkildə pozulub, vəziyyəti ağırlaşıb və qanaxma ilə təcili xəstəxanaya yerləşdirilib.
Könül Həmzəyeva bildirir ki, gecə saatlarında şiddətli ağrılarla xəstəxanaya aparılıb, hətta ilkin mərhələdə reanimasiya şöbəsində müayinə olunmasının vacib olduğu qeyd edilib. Onun sözlərinə görə, vəziyyəti son anda stabilləşdirilərək palataya yerləşdirilib.
Ən çox narazılıq doğuran məqam isə, iddia olunduğuna görə, baş verənlərə baxmayaraq, proseduru icra edən həkim tərəfindən heç bir maraq göstərilməməsi, səhhəti ilə bağlı əlaqə saxlanılmamasıdır.
K. Həmzəyeva həmçinin bildirib ki, müalicə və prosedurlar üçün 15 min manatdan artıq vəsait xərcləyib, lakin nəticə gözlənilən deyil, əksinə, sağlamlığına ciddi zərər dəyib.
“İnsanları arıqlama adı altında bu iynə, dərmanlarla şikəst edirlər” – deyə o, emosional şəkildə bildirib və məsələ ilə bağlı ictimailəşməyə məcbur qaldığını vurğulayıb.
Qeyd edək ki, sözügedən iddialar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
VİDEO LİNKDƏ: https://xalq.online/koreya-klinikasinda-mounjaro-preaparatindan-istifade-olunur
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Xalq online.

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb