Ağstafa Rayon İcra Hakimiyyətinin 25 milyon 680 manatı hara xərclənibdir? – Müəmmalı alış-veriş
Ağstafa Rayon İcra Hakimiyyətinin 25 milyon 680 AZN tenderi hara xərclənibdir?
Yerli.media xəbər verir ki, ölkənin ikinci balaca rayonlarından olan Ağstafa Rayonuna hər il tender elan edərək, Abadlıq işlərinin görülməsi üçün maliyyə ayrılır. Ötən ilə baxanda bu il rayona başlama tarixi 08.10.2025 ci il, bitmə 30.12.2025 ci il tarixə 25 milyon 680 min AZN maliyyə ayrılıbdır.Axı hər il rayona abadlıq işlərinə ayrılan milyonlar hara xərclənməsi sual altındadır. Əsas 2025 ci ilin tenderlərindən danışsaq təsdiqini tapan küçə, qəsəbə, tapmaq olmaz ki, bu qədər maliyyə sərf olunsun. Bu çox böyük məbləğdə maliyyədir. Kiçik bir rayona abadlıq işlərinə bu qədər maliyyə ayrılması gülməli məbləğdir elə deyilmi?Ağstafa rayon 2025 ci il ərzində abadlıq işlərinə bir çox tender alıbdır, sadəcə bu məbləğ bizi düşündürməyə vadar edir. Hesablama Palatası, Maliyyə Nazirliyi 2024 cü il və 2025 ci il ərzində tender elan edib abadlıq işlərinə ayrılan maliyyənin audit yoxlamasına zərurətin olmasını nəzərə alaraq araşdırmalıdır.Abadlıq işləri hansı qəsəbədə, küçədə, və ya rayon daxilində harda aparılması araşdırılmalıdır.AĞSTAFA RAYONU İCRA HAKİMİYYƏTİ BAŞÇISININ AĞSTAFA ŞƏHƏR İNZİBATİ ƏRAZi DAİRƏSİ ÜZRƏ NÜMAYƏNDƏLİYİ”AZSUR GROUP” Məhdud Məsuliyyətli CəmiyyətiAğstafa şəhərində abadlıq işləriMəbləğ: 25.680.001 AZN(Yerli.media)
Gəncə müxbiri Azər

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb