İlin bütün fəsillərində “su içində” olan Zabrat qəsəbəsi
Dörd tərəfi su ilə örtülmüş bu ərazi nə adadır, nə yarmada.. Bura paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsi Əfqan Nəsirov küçəsidir.
Xalq-ın xəbərinə görə, sakinlər deyirlər ki, ilin bütün fəsillərində qrunt sularının məngənəsində olan bu küçədən nə keçmək mümkündür, nə yaşamaq. Üstəlik, yaxınlıqda məktəb və bağça da yerləşir.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirldi ki, sözügedən ünvanda tullantı su xətləri əhali tərəfindən primitiv üsulla çəkilib. Bu səbəbdən yağıntılı vaxtlarda suyun ətrafa yığılması müşahidə edilə bilir. Məsələ ilə bağlı müvafiq rayon sukanal idarəsinə verilib. Əraziyə briqada cəlb ediləcək.
Sabunçu Rayon İcra Hakimiyyətindən isə bildirldi ki, Zabrat qəsəbəsinin Əfqan Nəsirov küçəsində kanalizasiya şəbəkəsi olmadığından payız-qış aylarında güclü yağıntılar zamanı bəzi çökək hissələrdə yağış sularının yığılması halları baş verir. Bu şəbəkənin qurulması aidiyyəti üzrə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən Dövlət Proqramları çərçivəsində icra olunacaq.(Xalq.online)
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb