“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO
“Balaxanı Operating Company” LTD növbəti dəfə qanunsuzluğu aşkarlanıb.
“Balaxanı Operating Company” LTD ərazisi olan göldə bərk və qarışıq süxurlar daşınaraq gölün doldurulması həyata keçirilir.
Belə ki, bu yerlər “Balaxanı Operating Company” LTD-nin köhnə neft çıxartma əraziləridir.
İddilara görə “Balakhani Operating Company LTD”nin prezidenti Rövşən Rzayev maklerlərlə əlbir olub həmin ərazidə gölün doldurulması həyata keçirilməsini “razılaşıb”.
Qeyd edək ki, bir müddət öncə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti (SİMDNX) tərəfindən su obyektlərində aparılan nəzarət tədbirləri nəticəsində “Balaxanı Operating Company” LTD şirkətinin fəaliyyətində qanunsuzlar aşkar edilib.
SİMDNX-dan verilən məlumata görə, tədbirlər zamanı müəyyən olunub ki, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən Zabrat gölündə adıçəkilən şirkət tərəfindən bərk və qarışıq süxurlar daşınaraq gölün doldurulması həyata keçirilib.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq akt və İnzibati Xəta haqqında Protokol tərtib olunub, digər toplanmış materiallarla birlikdə Sabunçu rayon Məhkəməsinə təqdim edilib.
Məhkəmin qərarına əsasən, “Balaxanı Operating Company” LTD şirkəti təqsirli bilinərək barəsində 7500 (yeddi min beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilib.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi bir daha bütün hüquqi və fiziki şəxsləri su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində mövcud qanunvericiliyin tələblərinə ciddi riayət etməyə çağırır.
Digər bir məsələnidə qeyd edək ki, “Balakhani Company”nin rəhbəri Rövşən Rzayev xalqın sərvətini taladığı vurğulanıb. Milli Məclisin deputatı Razi Nurullayev internet televiziyalarının birində bu barədə geniş danışıb. O, qeyd edib ki, bu şirkət xalqın sərvətinin üzərində oturub xalqa hörmətsizlik edir:
“”Balaxanı” şirkətinin əməlləri araşdırılmalıdır”.
Şirkətə qarşı səslənən bu qədər iddiaya baxmayaraq, indiyədək heç bir ciddi dövlət yoxlamasının və ya ictimai araşdırmanın keçirilməməsi diqqətçəkicidir. Bu, həm şirkətin nəzarətsiz fəaliyyət imkanlarını genişləndirir, həm də işçilərin hüquqlarının qorunmasında boşluq yaradır. “Balaxanı Operating Company” Azərbaycanın neft sənayesində mühüm rola sahib olsa da, fəaliyyətində ciddi problemlər və tənqidlər var.
Məsələ ilə bağlı “Balakhani Company” münasibət öyrənmək mümkün olmadı.
Adı çəkilən şəxslərin və qurumların fikirlərini dərc etməyə hazırıq.(fim.az)





Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb