XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » Şuşanın ECO-nun turizm paytaxtı elan edilməsi ilə bağlı Tədbirlər Planı təsdiqlənib

Şuşanın ECO-nun turizm paytaxtı elan edilməsi ilə bağlı Tədbirlər Planı təsdiqlənib

Şuşanın ECO-nun turizm paytaxtı elan edilməsi ilə bağlı Tədbirlər Planı təsdiqlənib
24-10-2025, 14:58

Şuşa şəhərinin 2026-cı il üçün “İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) turizm paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı təsdiq edilib.

Baş nazir Əli Əsədov bu barədə sərəncam imzalayıb.

Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üzrə əlaqələndirici orqan Dövlət Turizm Agentliyi müəyyən edilib. Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlər Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində aidiyyəti icraçı qurumlar üçün ayrılmış vəsaitlər və qanunvericiliklə qadağan edilməyən digər mənbələr hesabına maliyyələşdiriləcək.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.