“Sünbül” bağçasında uşaqlara necə yeməklər verilir? -Video
Paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən “Sünbül” körpələr evi-uşaq bağçasında müəllimə ilə valideyn arasında yaranan mübahisə gözlənilməz hadisə ilə nəticələnib.
Məsələni işıqlandırmaq üçün bağçaya gələn çəkiliş qrupu qeyri-adi bir vəziyyətlə qarşılaşıb.
Məlumatlara görə, bağçanın Leyla adlı müəlliməsi valideyn Şəhla Zamanlı ilə (ad şərtidir) salfet məsələsi üstündə mübahisə edib. Valideynin iddiasına görə, müəllimə digər uşaqlardan pul yığdığını etiraf edib və hətta valideyni övladı ilə hədələyib. Şəhla Zamanlı, həmçinin bağçada uşaqlara verilən yeməyin də keyfiyyətsiz olduğunu iddia edib.
Hadisəni yerində işıqlandırmaq üçün bağçaya gələn jurnalist qrupunu görən Leyla müəllimə əvvəlcə özünü ayaqyolunun içərisində kilidləyib. Ardınca isə çıxış yolu tapa bilməyərək tualetin pəncərəsindən hoppanaraq ərazini tərk edib.
Faktla bağlı araşdırmalara başlanılıb.(Xəzər Xəbər)

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...