Zaur Mikayılov “Embawood”dan 219 minlik mebel sifariş etdi
Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzəratə Xidməti “Embawood” şirkəti ilə satınalma müqaviləsi bağlayacaq.
Xidmət şirkətdən mebel və inventarlar almağı planlaşdırır.
Satınalınacaq mallara görə “Embawood”a 219 935,48 manat ödəniləcək.
“Embawood” şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Lakin 2002-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 3250 manatdır. “Embawood”un qanuni təmsilçisi Abbasov Elşad İnşallah oğludur.
O, həm də şirkətdə əsas pay sahiblaərində biridir. Bir müddət “Embawood”un baş direktoru vəzifəsində çalışan Elşad Abbasov 2016-c ildə istefa verib və şirkətin Müşahidə Şurasının sədri təyin edilib.
“Embawood” şirkətində əsas pay sahiblərindən biri də deputat Məşhur Məmmədovdur. Deputat haqqında bioqrafik məlumatlarda onun “Embawood” şirkətinin təsisçisi olduğu qeyd edilib.
Məşhur Məmmədovla Elşad Abbasov həm də “Emba Finans” QSC-nin əsas səhmdarlarıdır.
Məşhur Məmmədov 2020-ci ildən deputatdır. O, parlamentdə 74 saylı Masallı şəhər seçki dairəsini təmsil edir.
Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzəratə Xidməti Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində fəaliyyət göstərir. ADSEA-nın sədri Zaur Mikayılovdur. O, 2023-cü ildən quruma rəhbərlik edir
Reportyor.info

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...