Nərimanov rayonunda “Zeyd” restoranı hansı məmurla “anlaşdı”?
Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Zeyd” restoranının piyadalar üçün nəzərə tutulan səkinin böyük hissəsini zəbt etməsi barədə xəbər vermişdik.
Bu ilin əvvəlində adı çəkilən restoranın yerləşdiyi binanın sakinləri Musavat.com-a müraciət edərək şikayətlərini bildirmişdilər.
Sakinlər qeyd edirdilər ki, restoranın səkini zəbt etməsi həm piyadaların hərəkətində çətinlik yaradır, həm də səs-küy bina sakinlərini narahat edir.
Bu müraciət dərc edildikdən bir neçə saat sonra İcra Hakimiyyətindən saytımıza bildirildi ki, sakinlərin şikayətləri əsasında sözügedən ünvanda Ticarət və Xidmət Departamenti və Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən səki zəbtinin qarşısı alınıb.
Həmçinin əraziyə yığılan konstruksiyaların daşındığını, ərazinin təmizləndiyini əks etdirən fotoları da icra hakimiyyəti paylaşmışdı.
Bəs sonra nə dəyişdi?
Sakinlər yenidən müraciət edərək obyektin səkinin əsas hissəsini zəbt edərək fəaliyyətini tam şəkildə bərpa etdiyini bildirirlər.
Bir neçə saatlıq şou kimə lazım idi? Kim kimi aldatdı? İcra Hakimiyyəti ictimaiyyəti aldatdı, yoxsa restoran sahibi İcra Hakimiyyətini?
Qeyd edək ki, 2022-ci ildən Nərimanov icra hakimiyyətinin başçısı Elgin Həbibullayevdir(Xalq.online)








Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...