XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » Məleykə Abbaszadə: İxtisas seçimində öz istəyinizi və balınızı nəzərə almalısınız

Məleykə Abbaszadə: İxtisas seçimində öz istəyinizi və balınızı nəzərə almalısınız

Məleykə Abbaszadə: İxtisas seçimində öz istəyinizi və balınızı nəzərə almalısınız
11-08-2025, 11:04

Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin rəhbəri Məleykə Abbaszadə ixtisas seçimi ilə bağlı abituriyentlərə müraciət edib.

O, abituriyenlərə ixtisas seçimini özlərinin aparmağını məsləhət görüb.

"Bal sizin əməyinizin nəticəsidir, seçim də sizin olmalıdır. Biz verdiyimiz məlumatları təhlil edib, öz prioritetlərinizi müəyyənləşdirərək seçim etməlisiniz. Əlbəttə ki, öz istəyinizi və balınızı nəzərə almalısınız. Real imkanlarınızı statistika ilə müqayisə etməlisiniz. İnanıram ki, seçiminiz uğurlu olacaq. Seçim etməkdən qorxmayın", - DİM sədri qeyd edib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.