Həmkarlar İttifaqları Konfederasiyasının endirim fırıldağı
“Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) endirim fırıldağı etdiyinə inanmaq istəmirəm, amma elə görünür. “Qusar Park Hill” otel üçün ailəvi seçim vermədi, otaqlar 2 nəfərlik imiş. Qidalanma da bir dəfə. 2 nəfərlik “Putyovka” üçün müraciət qoydum, göstərdi ki real çöldən çölə qiymət 680 manatdır, amma bizə 85 faiz endirimlə 102 manat verir. Burası əla. Həyat yoldaşım müharibə veteranı olduğuna görə endirim daha çoxdur. Amma “Booking”də eyni otel eyni tarixlər, eyni 2 nəfər, eyni 1 dəfəlik qidalanma çöldən çölə qiyməti 680 yox, 310 manat göstərir. Hətta o qiymətlə bron da etdim”.

Bunu jurnalist Fərəh Sabirqızı deyib.
F.Sabirqızı əlavə edib ki, deyəsən, bəzi brend mağazalar kimi AHİK də qiyməti əvvəlcə süni qaldırıb sonra endirim edir: “Niyə axı? Elə real 30-50 faiz endirim kimi göstərilsin də. Bəlkə nəsə ayrı bir açıqlaması var? Ümumiyyətlə, AHİK ilə bahalı istirahət mərkəzlərinə ucuz “Putyovka” ala bilən olubsa, halaldır. Mən yoldaşımın veteranlıq vəsiqəsini, əlillik kağızını, 4 medalının şəklini və s. hamısını ərinmədən sistemə yükləsəm də, bizə yer çatmadı. 3 həftə gözləyib, imtina aldıq. Həmin vaxta qədər də sistemdə demək olar seçim qalmadı”.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. pravda.az




Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...