Bakıda “Mətbuatın dostu” mükafatı təqdim olundu
Milli Mətbuatın 150 illik yubileyi münasibətilə paytaxtda təntənəli mərasim keçirilib.
Xalqxeber.Az xəbər verir ki, ötən gün “Mətbuatın dostu” Müstəqil Milli Mükafatının təqdimat mərasimi “Simfonya Hall”da baş tutub. Tədbir “Mətbuat” firması tərəfindən təşkil olunub.
Yubiley tədbiri çərçivəsində ölkənin media sahəsində tanınmış 50-yə yaxın peşəkar jurnalist və ictimaiyyət nümayəndəsi diplom və hədiyyələrlə təltif olunub. Tədbirin baş sponsoru “İrşad” mağazalar şəbəkəsi olub. Eyni zamanda “Parla Akademiya”, “Simfonya Hall”, “Hind Hospital”, “İlğım”, “Züleyxa Parfum”, “Jalə”, “Badamlı” və “Milenium” brendləri layihəyə sponsorluq və təşkilati dəstək göstəriblər.
Mükafata layiq görülən şəxslər sırasında millət vəkili Hikmət Babaoğlu, əməkdar jurnalist Etibar Babayev, radio və televiziya simaları, o cümlədən jurnalistlər — Rüstəm Əliyev, İlhamiyyə Rzayeva, Rahib Azəri, Samirə Səfərəliyeva, Könül Həbibqızı, Səidə Bəkirqızı, Günel Gözəlova, Vüqar İmanov, Fuad Mədətov, Günel Şahmalıqızı Hacıbəy Heydərli, Benyamin Büyatzadə, Peyman Sadiqov, Zəminə Rüstəmov, Tahirə Məmmədqızı və digər tanınmış şəxslər yer alıb.
Tədbirə xüsusi ovqat qatan sənətçilər də unudulmayıb. Xalq artisti Nazpəri Dostəliyeva, əməkdar artist Fərqanə Qasımova və muğam ifaçısı İlkin Dövlətov “Mətbuatın dostu” mükafatına layiq görülüblər.
Mərasimin aparıcıları təcrübəli televiziya simaları Sədaqət Rəşidqızı və Zabir Əliyev olublar.

























Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...