Ayaz Qocamanovun iş adamı olan atası İlyaz Qocamanov ölkədən nə qədər valyuta çıxarıb?
“AZERTÜRK-XXI.TTC.SAN” Məhdud Məsuliyyətli Cəmiyyəti vergi orqanları tərəfindən riskli vergi ödəyicisi kimi tanınıb. Şirkətin nizamnamə kapitalı cəmi 10 manat təşkil edir. Qanuni təmsilçisi isə İlyaz Qocamanov Ayaz oğludur.
Qeyd edək ki, bu ilin yanvar ayında şirkətə Azərbaycan Mərkəzi Bankı tərəfindən protokol tərtib olunaraq İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən cərimə tətbiq edilib. Həmin maddəyə görə, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən olunmuş müddətlərdə müvafiq malların idxal edilməməsi, işlərin görülməməsi və ya xidmətlərin göstərilməməsi halında, valyutanın xaricdən geri qaytarılmamasına görə hüquqi şəxs valyuta məbləğinin 20–30%-i həcmində cərimələnir.
Məlumatlara görə, MMC-nin sahibi sabiq deputatlığa namizəd Ayaz Qocamanovun atasıdır. Ayaz Qocamanov 2020-ci ildə keçirilmiş parlament seçkilərində 90 saylı Ağsu seçki dairəsindən namizəd olmuş və Vəhdət Partiyasının sədri Tahir Kərimli ilə rəqabət aparmışdı.
Ayaz Qocamanovun adı daha əvvəl də bir sıra qalmaqallarla – xüsusilə Sumqayıt gömrüyü ilə bağlı yaranmış problemlər, illər öncə polis tərəfindən saxlanılması xəbərləri ilə mətbuatda hallanmışdı. 32gun.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək