Əmlak Məsələləri Dövlət Xidmətində ciddi nöqsanlar: Dövlət vəsaitlərinin istifadəsi…..
Azərbaycan Respublikasının Hesablama Palatası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) və onun tabeliyindəki qurumlar üzrə uyğunluq auditi həyata keçirib.
Audit nəticəsində dövlət vəsaitlərinin istifadəsi ilə bağlı ciddi uyğunsuzluq aşkarlanıb.
Hesabata görə, 2015–2024-cü illər ərzində xaricdə yerləşən Mədəniyyət Mərkəzinin əmlakının yanğından və digər risklərdən sığortalanması məqsədilə iki qurum tərəfindən paralel olaraq ödəniş edilib. ƏMDX tərəfindən 1 milyon 316 min 462 manat, Mədəniyyət Mərkəzi tərəfindən isə qeyri-rezidentə 274 min 779 avro ödəniş edilib. Hesablama Palatası bu məsələ ilə bağlı 2024-cü ilin noyabrında Maliyyə Nazirliyinə rəsmi məktub ünvanlayıb.
Bundan əlavə, audit nəticəsində dövlət əmlakının idarəetməyə verilməsindən daxil olan vəsaitlərin büdcəyə düzgün təsnifatla daxil edilməməsi də müəyyən edilib. Hər iki təklif üzrə icra hal-hazırda tamamlanmayıb və izlənilməsi davam etdirilir.(Xalq)

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...