Həmkarlar İttifaqında iki rəhbər şəxs istefa verdi – SƏBƏB
Həmkarlar İttifaqında iki rəhbər şəxs istefa verib.
Tribunainfo.az-ın əldə etdiyi məlumata görə, Sahib Məmmədovun özü ilə gətirdiyi müşavir Orxan Ərəbov və insan resursları şöbəsinin sədri tutduqları vəzifədən ayrılmaq barədə ərizə yazıblar.
Verilən məlumata əsasən, onların bu addımı atmasına səbəb qurumun sədri Sahib Məmmədovun əməkdaşlara qarşı qeyri-adekvat münasibəti olub.
Tribunainfo.az-ın əldə etdiyi məlumata görə, müşavir Orxan Ərəbov və insan resursları şöbəsinin sədri Bənövşə Babayeva tutduqları vəzifədən ayrılmaq barədə ərizə yazıblar.
Verilən məlumata əsasən, onların bu addımı atmasına səbəb qurumun sədri Sahib Məmmədovun əməkdaşlara qarşı qeyri-adekvat münasibəti olub.
Daxil olan məlumata görə, istefa verən hər iki şəxs sədrin kollektivlə davranışı, işçilərə qarşı etik normaları pozan müraciət tərzi və ümumi idarəetmə üslubu uzun müddətdir narazılıq doğurduğunu əsas gətirərək işdən ayrılmalı olublar. Hər iki şəxs bu mühitdə daha fəaliyyət göstərməyin mümkün olmadığını əsas gətirərək vəzifələrini tərk ediblər.
Məsələ ilə bağlı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Media və Kommunikasiya Şöbəsinin müdiri Elvin Dəmirli əlaqə saxladıq.
Elvin Dəmirli: “Bu elə bir məsələdir ki, anında cavab vermək olmur. Səbrli olun, geri dönüş edəcəyəm. Çünki hər hansı bir hadisə baş verir və biz onu rahatlıqla anında görüb cavab verə bilirik. Amma bu hadisə araşdırılmalı və cavabı müəyyənləşdirilməli mövzudur”.
Xatırladaq ki, yaxın günlərdə Sahib Məmmədovun özü ilə gətirdiyi kadrlardan İqtisadiyyat Nazirliyindən AHİK-ə transfer edilərək Daxili Nəzarət Şöbəsinin müdiri təyin edilmiş ehtiyatda olan Sərhəd xidməti polkovniki Babək Orucov da istefa verib.(Tribunainfo)
Tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...