XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » Məcnun Məmmədov Qəbələdə vətəndaşları qəbul edəcək

Məcnun Məmmədov Qəbələdə vətəndaşları qəbul edəcək

Məcnun Məmmədov Qəbələdə vətəndaşları qəbul edəcək
21-07-2025, 15:42

 İyulun 25-də saat 09:00-da kənd təsərrüfatı naziri Məcnun Məmmədov Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Qəbələ, Şəki, Oğuz, Qax, Zaqatala, və Balakən rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbulda iştirak etmək istəyənlər DAİM-ə (051-791-00-78) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün nazirliyin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.

Qəbula gələn vətəndaşlar şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.