SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Prezident İlham Əliyevin idmana qayığısı gənclərimizə yeni stimullar bəxş edir

Prezident İlham Əliyevin idmana qayığısı gənclərimizə yeni stimullar bəxş edir

Tarix:

3-06-2025, 14:20

/ 197 dəfə oxundu.
Prezident İlham Əliyevin idmana qayığısı gənclərimizə yeni stimullar bəxş edir

Azərbaycan daim reallaşdırdığı uğurlu idman siyasəti nəticəsində dünyada idman ölkəsi kimi tanınır. Prezident İlham Əliyevin hər zaman ölkə idmanının inkişafına və idmançılara xüsusi diqqət və qayğı göstərir. Dövlət başçımızın iyunun 2-də Bakıda keçirilmiş minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini, məşqçilərini və federasiya rəhbərliyini qəbulu zamanı çıxışı ilk növbədə, Azərbaycanda idmana və idmançılara göstərilən diqqət və qayğının bariz nümunəsidir. 
Görüş zamanı dövlətimizin başçısı ölkəmizdə idmanın uğurla inkişaf etdiyini, respublikamızda idman sahəsində həyata keçirilən dövlət siyasətinin idmançılarımızın yerli və beynəlxalq arenalarda qələbələri ilə yanaşı, dövlətimizin qüdrətini nümayiş etdiydiyini vurğulayaraq bildirib ki, “siz bu qələbəyə layiqsiniz və bütövlükdə qələbələr Azərbaycana yaraşır. Həm döyüş meydanında, həm siyasi müstəvidə, həm də idman arenalarında biz qələbə qazanan ölkəyik. Məhz bizim istedadlı və peşəkar gənclərimiz bu qələbə sevincini bizə gətirirlər”.
Qeyd edilməlidir ki, idmanın inkişafı və idman nailiyyətləri, eyni zamanda, cəmiyyətdə vətənpərvərlik hisslərini gücləndirir. Həmçinin, görkəmli idmançılarımızın uğurları bütün gənc idmançılar üçün örnək olmalıdır. 
İyunun 1-də başa çatmış minifutbol üzrə dünya çempionatında milli komandamızın qələbəsi çox gözəl və tarixi nəticədir. Görüş zamanı Prezident İlham Əliyev bildirib: “Futbol meydançasında bütün rəqibləri üstələmisiniz və eyni zamanda, gözəl komanda ruhu nümayiş etdirmisiniz. Görürəm ki, oyunçular bir-birinə çox bağlıdır, bir ailə kimidir. Əlbəttə ki, komandada hökm sürən bu gözəl ab-hava, bu iqlim qələbənizi şərtləndirən amillərdən biridir, eyni zamanda, bütün tamaşaçılar da bunu əyani şəkildə görüblər”. 
Qeyd edilib ki, “bu qələbə minifutbolun inkişafına növbəti təkan verəcək. Artıq Azərbaycan milli komandası bütün mümkün olan titulları qazanıb - Avropa çempionu, dünya çempionu. Əlbəttə ki, uşaqlar, yeniyetmələr, bax, bu qələbəyə sevinənlər - bizim gənc nəslimiz hesab edirəm ki, minifutbola daha böyük maraq göstərəcək və bu idman növünün inkişafı Azərbaycanda sürətlə gedəcək”.
Xüsusi olaraq vurğulanıb ki, “milli komandamızın bütün üzvləri Azərbaycanda yetişdirilmiş gənclərdir. Bunun da xüsusi önəmi var. Bu gün Azərbaycan milli komandası sırf Azərbaycanda doğulmuş, boya-başa çatmış gənclərdən ibarətdir və bu da xüsusi qürur hissi oyadır”.
Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan gəncləri Prezident İlham Əliyevin uğurla apardığı daxili və xarici kursunu alqışlayır və bu siyasətin icrasında daim onun yanındadır. Bəli, bu gün Azərbaycan gəncliyi hər bir sahədə inkişaf edir, öz bilik, bacarıq, dil savadı ilə seçilirlər və qürurvericidir ki, Liderimiz gənclərimizin daima yanındadır, biz gənclər üçün bir örnəkdir. Biz gənclər də hər bir sahədə bu etimadı doğrultmaq üçün əllərimizdən gələni əsirgəməməliyik.
 
İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası
 
 
 

Şərhlər

XƏBƏR LENTİ