SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » İdman gənclərin tərbiyəsində mühüm rol oynayır

İdman gənclərin tərbiyəsində mühüm rol oynayır

Tarix:

3-06-2025, 14:20

/ 172 dəfə oxundu.
İdman gənclərin tərbiyəsində mühüm rol oynayır

 
Bu gün gənc nəslin sağlam,  bilikli və vətənpərvər yetişdirilməsi ölkə rəhbərliyinin  siyasətində önəmli yer tutur.  Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycan idmançıları bütün sahələrdə özlərini doğruldurlar. 
İyunun 1-i Azərbaycan idmanı tarixinə əlamətdar və qürurverici gün kimi daxil oldu. İlk dəfə olaraq ölkəmizdə təşkil edilən minifutbol üzrə dünya çempionatında Azərbaycan milli komandası yüksək səviyyədə çıxış etdi. Bir-birinin ardınca güclü komandaları məğlub edən komadamız final oyununda Macarıstanı 4:2 hesabı ilə məğlub edərək tarixində ilk dəfə dünya çempionatının qalibi olub. Milli Gimnastika Arenasında təşkil olunan oyunları diqqətlə izləyən azərkeşlər bu qələbəni çox böyük coşqu və sevinclə qeyd ediblər. 
Bu yarışın nəticələri hamını sevindirib. İyunun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilmiş minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib. Minifutbol Federasiyasını və bu qələbədə iştirak etmiş bütün insanları təbrik edən ölkə başçısı bildirib: “Siz Azərbaycan xalqına yeni qələbə sevinci bəxş etmisiniz! Dünya çempionu olmaq böyük şərəfdir və böyük məharət tələb edir, xüsusilə komanda idman növündə. Bu, artıq gözəl tarixdir. Bu tarixi yazan da sizsiniz və şadam ki, Azərbaycanda minifutbol üzrə belə güclü oyunçularımız var”.
Qeyd edilib ki, ölkəmizin  milli komandası bütün oyunlarda peşəkarlıq, qələbə əzmi göstərərək dünya çempionu titulunu qazanmışdır. Bu çox qururverici haldır. Çempionatı izləyənlər öz gözləri ilə komandamızın tam üstünlüyününün şahidi olublar.
Ölkə başçısı xüsusi olaraq vurğulayıb ki, bu qələbə ədalətli mübarizədə qazanılmış qələbədir. “Siz bu qələbəyə layiqsiniz. Futbol meydançasında bütün rəqibləri üstələmisiniz və eyni zamanda, gözəl komanda ruhu nümayiş etdirmisiniz. Görürəm ki, oyunçular bir-birinə çox bağlıdır, bir ailə kimidir. Əlbəttə ki, komandada hökm sürən bu gözəl ab-hava, bu iqlim qələbənizi şərtləndirən amillərdən biridir, eyni zamanda, bütün tamaşaçılar da bunu əyani şəkildə görüblər”.
Bu gün respublikamızda çoxlu sayda Olimpiya İdman Komplekslərinin fəaliyyət göstərməsi,  ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi,  idmançılarımızın Olimpiya və dünya çempionatlarında uğurlu çıxışları buna daha bir sübutdur.  Ölkə başçısı öz çıxışında qeyd edib ki, “indi Azərbaycanın bölgələrində idman qurğuları inşa edilir, inşaat geniş vüsət alıb və minifutbol meydançalarının da yaradılmasında böyük fayda olacaq, həm Bakıda, həm də bölgələrdə. Əminəm ki, federasiya dövlət qurumları ilə, sponsorlarla birlikdə bu sahədə növbəti uğurlu addımlar atacaqdır”.
Hazırda işğaldan azad edilən ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Bu ərazilərdə müasir stadionların, İdman Komplekslərinin və müxtəlif idman qurğularının tikintisi azad edilmiş şəhərlərimizin Baş Planında öz əksini tapmışdır. Bu diqqət, qayğı da bütün Azərbaycan vətəndaşları tərəfindən böyük qürur və rəğbət hissi ilə qarşılanır.
 
Metin Hüseynov  -  siyasi sərhçi, politoloq
 
 
 
 
 

Şərhlər

XƏBƏR LENTİ