Saleh Məmmədov işçilərin 50 manatını kəsib
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları maaşlarının azaldıldığından şikayət edib.
Azpost-a müraciət edən Ağsu rayon 16 saylı Yol İstismar İdarəsinin əməkdaşı bildirir ki, 1987-ci ildən bu sahədə fəaliyyət göstərir. Bu illər ərzində müxtəlif vəzifələri icra edib. Hazirda isə yol mühəndisi olaraq işləyir. Vətəndaş idda edir ki, bu aydan etibarən özü də daxil olmaqla işlədiyi idarənin bir neçə əməkdaşının dərəcələri azaldılıb və maaşlarından 50 manat kəsilib. “Yeni ştat cədvəli gətiriblər. Bildirirlər ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədovun göstərişi ilə bu icra olunur. Onsuz da maaşlarımız azdır, ilin günün bu vaxtında 50 manat kəsməklə vəziyyətimiz daha da pisləşəcək”. Vətəndaş deyir ki, bu azalmanın heç bir qanuni əsası yoxdur: “63 yaşım var. 38 il stajım var. Yəni, dərəcəmin artırılması yerinə azaldırlar. Adını da qoyublar ki, Saleh Məmmədovun göstərişi ilədir. Dərdimizi kimə deyək, bilmirəm. Xahiş edirəm bu barədə aidiyyəti qurumlar tədbir görsün.” (Azpost)
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...