Yasamalda növbəti qanunsuz tikinti - İcra başçısının Mirəli Seyidov küçəsi 165 ünvanındakı ANLAŞMASI (VİDEO)
Yasamal rayonunda qanunsuz tikinti işləri davam etməkdədir. Sakinlərin narazılığına səbəb olan belə tikintilərdən biri də Mirəli Seyidov küçəsi 165 ünvanında qeydə alınıb.
Sözügedən ünvanda qanunsuz tikinti ilə bağlı son günlərdə sosial mediada məlumatlar yayılıb. Məlumatlara görə, bu ünvanda icazəsiz tikinti işləri aparılır və yerli icra hakimiyyəti bu vəziyyətə müdaxilə etmir.
Sakinlər bildirib ki, binaya yaxın ərazidə aparılan tikintinin əlindən evdə oturmaq mümkün deyil:
“Bu tikinti yığıb bizi boğaza. Səsdən oturmaq mümkün deyil evdə. Havalar istidir deyə pəncərələri açmaq istəyirik, onda da evi toz-torpaq basır. Nə qədər olar səs-küy. Nə gündüz dayanırlar, nə gecə”.
Sakinlər iddia edir ki, Yasamal rayon İcra Hakimiyyəti, İH başçısı Elşad Həsənov bu qanunsuz tikilinin qarşısını almır.
Yaşayış yerlərinə çox yaxın, binanın həyətində ucaldılmaqda olan tikili uzun müddətdir ki, narazılıq yaradır.
Vətəndaşlar aidiyyəti qurumlara, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək vəziyyətin araşdırılmasını tələb edirlər.
Ancaq bütün narazılıqlara, aidiyyəti qurumlara edilən müraciətlərə baxmayaraq tikinti davam etdirilir.
Qeyd edək ki, Yasamal rayonunda bu kimi qanunsuz tikintilər tez-tez baş verir.(Paytaxt.org)

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?