Nəsimi rayon sakinləri “Pilot16” MMC-dən şikayət edir- Video
Bakının Nəsimi rayonu, Novruzov qardaşları küçəsində, sakinlər antisanitar vəziyyətdə yaşayır.
Sakinlər mövcud vəziyyətin yaranmasında yaxınlıqda inşaat işləri aparan tikinti şirkətini ittiham edirlər.
Onların sözlərinə görə, tikinti üçün yük daşıyan ağırtonajlı maşınlar küçənin kanalizasiya xətlərini zədələyir, asfaltı dağıdır.
Şikayətçilər deyirlər ki, tikinti işlərini aparan şirkət yolun kənarını bağlasa, heç kim zibilini gətirib həmin əraziyə tökməz. Görünür, sakinlər də öz zibillərini təmizləməkdə maraqlı deyillər.
Şikayətlə bağlı “Pilot 16” tikinti şirkəti ilə əlaqə saxladıq. Suallarımızla tanış olduqdan sonra şirkətdən bizimlə yenidən əlaqə saxlanılacağı bildirilsə də, məsələyə aydınlıq gətirilmədi.
Nəsimi rayon İcra Hakimiyyətindən isə bildirildi ki, sözügedən tikinti şirkətinə antisanitar vəziyyətin aradan qaldırılması barədə xəbərdarlıq olunub. Qeyd edilib ki, həmin ərazi hal hazırda “pilot 16” tikinti şirkətinə ayrılıb, söküntü işləri aparılır. 250-dən çox yaşayış evi sökülərək qarşılıqlı razılaşmadan sonra köçürülüb. Söküntü gedən ərazidə ağır texnikalar işlədiyinə görə ərazinin hasarlanması qeyri-mümkündür. Bildirildi ki, tikinti şirkətinə növbəti xəbərdarlıq ediləcək. Zibil konteynerlərinin qoyulmasına gəlincə, ərazidə pozulan infrastruktur yeni konteyner meydançasının yaradılmasına imkan vermir. Sakinlər yaxınlıqdakı meydançadan istifadə edə bilərlər. İcra Hakimiyyətindən o da bildirildi ki, qısa zamanda ərazidə təmizlik işləri aparılacaq.(Xalq.az)
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?