Təbiətə 207 min manatlıq ziyan vurdular
Baş Prokurorluqda ekoloji hüquqpozma faktları üzrə cinayət işləri başlanıb.
Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Lerik, Cəlilabad, Xızı rayonunda, həmçinin Bakı şəhərinin Binəqədi və Yasamal rayonları ərazisində qanunsuz ağackəsmə faktı ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş məlumatlar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.
Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti 191, Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsi 241, Xızı şəhəri H.Əliyev prospekti 194 ünvanında, Lerik şəhəri Honiyon adlanan ərazidə, Cəlilabad rayonu ərazisində köhnə Ələt-Astara magistral yolunun 143-144-cü kilometrliyində meşə fonduna daxil olmayan 413 ədəd ağac və kolun qanunsuz kəsilməsi nəticəsində təbiətə 207 min manatdan çox ziyan vurulması müəyyən edilib.
Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1 və 259.2.4-cü (ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli və külli miqdarda ziyan vurduqda) maddələri ilə cinayət işləri başlanaraq ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər və prokurorluq orqanlarına göndərilib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...